Qol güləşi üzrə birincilik

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb.Qol güləşi üzrə birincilik                         İsmayıllı şəhərindəki Heydər Əliyev adına parkda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 24 illiyi münasibətilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və Qol Güləşi Federasiyasının İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə idmanın bu növü üzrə açıq rayon birinciliyi keçirilib.
Birincilikdə İsmayıllı idmançıları ilə yanaşı Sumqayıt şəhərini, Şamaxı və Zərdab rayonlarını təmsil edən idmançılar da iştirak ediblər.
Qolunun gücünə güvənən 70 nəfərə yaxın idmançının iştirak etdiyi yarışda müxtəlif çəki dərəcələrində yer tutanlara İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.
Səbuhi Əzizov

Şərh Yaz