Həmyerlimizin sevindirici uğurları

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyinin qalibi olmuş yığma komandamız dünən Vətənə qayıdıb. Həmyerlimizin sevindirici uğurları                  Onları çoxsaylı ağır atletikasevər, digər milli komandalarımızın üzvləri, valideynlər, idmançıların yaxınları, digər mütəxəssislər, federasiya rəsmiləri qarşılayıblar. Avropa birinciliyinin qalib və mükafatçılarına, həmçinin məşqçi heyətinə gül dəstələri təqdim olunub. İdmançıların gəlişi milli musiqi və rəqslərlə müşayiət edilib.
Daha sonra ölkənin bütün populyar televiziya kanalları, KİV-lər yığma komandamızın üzvləri, baş məşqçi Asif Məmmədov və baş katib Rizvan Rəsulovdan yarışla bağlı təəssüratlarını öyrənib, müsahibə və açıqlamalar alıb.
Xatırladaq ki, sevindirici uğurlar İsmayıllının yetirməsi, baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında qazanılıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz