Silahlı Qüvvələrin 100 illiyi bayram edilib

Bir çox dövlət və peşə bayramlarımız, tarixi günlərimiz öz başlanğıcını Azərbaycan Demokratik Cümhuriyyətindən götürür. Silahlı Qüvvələrin 100 illiyi də iyunun 26-da, “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə tamamlanır. Bu münasibətlə “Orman” istirahət mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidməti (SHXГ‡DX) rayon şöbəsinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.Silahlı Qüvvələrin 100 illiyi bayram edilib
Silahlı Qüvvələrin 100 illiyi bayram edilib
Silahlı Qüvvələrin 100 illiyi bayram edilibTədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, Demokratik Cümhuriyyət yarandıqdan bir ay sonra Silahlı Qüvvələr yaradılmış, Azərbaycan işğaldan, xarici müdaxilələrdən, düşmən qüvvələrdən müdafiə olunmağa başlanmışdır. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra, 70 illik bir müddətdə Milli Ordu, Silahlı Qüvvələr unuduldu, düşüncələrdən silindi. Tarixi düşmənlərimiz olan ermənilər yenidən böyük Ermənistan yaratmaq xülyasına düşdüyü bir zamanda da ordusuz idik.
Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi, xahişi ilə yenidən ölkəyə rəhbər gəldikdən sonra ordu quruculuğuna başlandı. İndi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu NATO standartları, işğalçıya layiqli cavab vermək səviyyəsindədir. Azərbaycan təkmil, güclü, ən müasir silahlarla arsenalını zənginləşdirmiş orduya malikdir.
İcra hakimiyyəti başçısının nitqindən sonra Dövlət Himni səsləndirilib və oxunub.
Tarixçi, Əməkdar müəllim Ramiz Baloğlanov ordumuzun keçdiyi tarixi yol və müasir durumu, ordu-xalq birliyi barədə məruzə edib.
Şəhər 6 nömrəli tam orta məktəbinin hərbi-idman oyunlarında həmişə fərqlənən, hərbi vərdişlərə uğurla yiyələnən şagirdləri iştirakçıları təbrik ediblər.
SHXГ‡DX İsmayıllı rayon şöbəsinin rəisi Xamis Bədəlov, Aprel döyüşləri qazisi Yaşar Ağayev, “Azərbaycan bayrağı” ordenli, ehtiyatda olan polkovnik-leytenant Eynulla Bağırov, hərbi işçi olmuş mərkəzi kitabxana sisteminin direktoru Könül Baxışova və başqaları çıxış ediblər.
Vətənə, orduya, ölkəmizin bu gününə aid Qələbə ruhlu mahnı və marşlar ifa olunub.
Hərbi vətənpərvərlik sahəsindəki uğurlu xidmətlərinə görə bir neçə nəfərə RİH başçısının Fəxri fərmanı verilib.
B.Xələfov
Fotolar Elçin Məlikovundur

Şərh Yaz