İsmayıllı nümayəndə heyəti Belarusda səfərdə olub

1 iyul 2018-ci il tarixdə rayonumuzdan Belarus Respublikasının Nesvij şəhrinə yola düşən nümayəndə heyəti həmin gün digər 12 qardaşlaşmış şəhər nümayəndəsi ilə bərabər qəbul olunub. Görüş şərəfinə ziyafət verilib.İsmayıllı nümayəndə heyəti Belarusda səfərdə olub
İsmayıllı nümayəndə heyəti Belarusda səfərdə olub
İsmayıllı nümayəndə heyəti Belarusda səfərdə olub
İsmayıllı nümayəndə heyəti Belarusda səfərdə olub
İsmayıllı nümayəndə heyəti Belarusda səfərdə olub      Səhərisi gün Nesvij şəhərinin mərkəzi meydanında şəhərdə faliyyət göstərən müəssisələrin və nümayəndə heyətlərinin iştirakı ilə konsert və parad təşkil olunub, Sosial Qayğı Mərkəzinin açılışı olub.
Nesvij Mədəniyyət Mərkəzində böyük bayram konserti keçirilib və ziyafət verilib. Axşam saatlarında şəhər stadionunda bayram konserti verilib və atəşfəşanlıq keçirilib.
Nümayəndə heyətimiz tərəfindən Nesvij şəhərinin rəhbərliyinə Belarus Respublikasının dövlət bayrağının təsviri toxunmuş xalça və üzərində qardaş şəhərin atributları həkk olunmuş mis nimçə təqdim edilib. Bununla yanaşı digər qardaşlaşmış şəhərlərin nümayəndələrinə də İsmayıllı haqqında xüsusi buklet, rayonda istehsal olunmuş məhsullardan nümunələr və digər hədiyyələr təqdim edilib.
Qeyd etdiyimiz kimi, Belarus Respublikasının Nesvij şəhəri ilə İsmayıllı qardaşlaşmış şəhərlərdir. Bu il uğurla davam edən dostluq və əməkdaşlığın 10 ili tamam olur. Bu müddət ərzində qarşılıqlı səfərlər edilib, təcrübə müdiləsi aparılıb.
Son səfər Nesvij rayon İcraiyyə Komitəsinin dəvəti ilə 1-3 iyul 2018-ci il tarixlərində “Belarus Respublikasının Müstəqillik günü” və Nesvij şəhərinin yaranmasının 795-ci ildönümünə həsr olunmuş “Şəhər günü” münasibəti ilə keçirilib.
Bayram tədbirlərində iştirak etmək üçün rayonumuzun nümayəndə heyətini rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, Əhən bələdiyyəsinin sədri Allahverdi Aslanov, Nikitin adına kolxozun sədr müavini Vasiliy Uryupin təmsil ediblər.
Nesvij şəhərində keçirilən tədbirlərdə Almaniya, Polşa, Latviya, Ukrayna, Litva və Rusiya Federasiyasının qardaşlaşmış şəhərlərindən olan nümayəndə heyətləri də iştirak edib.
Nesvij rayon İcraiyyə Komitəsində qonaqların qəbulu ilə bağlı təntənəli tədbir keçirilib. Tədbirdə Nesvij rayon İcraiyyə Komitəsinin sədri Solovey Gennadi Mixayloviç qardaşlaşmış şəhərlər arasında münasibətlərin mühüm əhəmiyyət daşıdığını, ölkələrin və xalqların daha da yaxınlaşmasında belə tədbirlərin böyük rolunun olduğunu qeyd edib.
Tədbir zamanı Belarusla Azərbaycan arasındakı dostluq əlaqələrinə böyük önəm verildiyi xüsusi qeyd olunub. Sonra İsmayıllı və Nesvij şəhərləri arasında əlaqələrin və qarşılıqlı dostluğun möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılıb, əlaqələrin perspektivindən danışılıb.
Səfər zamanı Belarusun tarixi yerlərinə ekskursiyalar keçirilib, mədəniyyət abidələrinə, kənd təsərrüfatı və sənaye müəssisələrində təcrübə mübadiləsi aparılıb.
Rayonumuzun nümayəndə heyəti səfərdə xüsusi qayğı və diqqətlə əhatə olunub. Nesvij şəhərinin rəhbərliyinə yaxın vaxtlarda rayonumuza səfər etmək təklifi ilə müraciət olunub. Dəvət məmnuniyyətlə qəbul edilib.
R.Səmədov

Şərh Yaz