Kənddə yeni layihələr

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində qadın təşəbbüslərini dəstəkləməyə başlayıb. Layihədə yeni komponent olan “Kənd Qadınlarının İqtisadi Gücləndirilməsi” ailələrin iqtisadi imkanlarını artırmağa xidmət edir. Kənddə yeni layihələr                      Kənd İnvestisiya Layihəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Sumağallı kəndində yaradılmış “Arzu” Qadın İnkişaf Qrupunun (QİQ) iştirakı ilə burada növbəti layihənin – xalça və şirniyyat sexlərinin açılışı olub.
Açılış mərasimində hər iki istiqamət nümunələrindən ibarət sərgi diqqət cəlb edib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbirin açılışında çıxış edərək QHT-lərin, ictimai birliklərin fəaliyyəti üçün rayonda geniş imkanlar açıldığından, qadınların ictimai fəallığının artmasından danışıb. Qeyd edib ki, Sumağallı kənd məktəbində müəllim kimi çalışan Arzu Mirzəyevanın yaratdığı “Arzu” QİQ rupu bu baxımdan daha xarakterik, daha əhatəli və daha gərəklidir.
Yeni yaranan qurumlar sosial həyatda qadınların rolunu artırmağa, iqtisadi fəallığını genişləndirməyə xidmət edir. Sumağallı icması düzgün olaraq “AzKİL-2” ilə müntəzəm əlaqələr saxlayır, yeni fəaliyyət imkanlarını önə çıxarır. “Arzu” QİQ hər iki istiqamət üzrə bölmə yaradıb və bu bölmələrin inkişafına fəal qadınları cəlb edib. İlkin olaraq bələdiyyə xalçaçılar üçün yer ayırıb. Sumağallı qadınlarını bu münasibətlə təbrik edən Sevil Əhmədova deyib ki, “Arzu” Qadın İnkişaf Qrupu fəaliyyətini genişləndirmək üçün rəsmi qeydiyyatdan keçməli, həmfikirləri ilə birgə inkişaf proqramı işləyib hazırlamalıdır.
Tədbirdə Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, direktor müavini Gülbəniz Qəmbərova, “Arzu” QİQ-nin sədri Arzu Mirzəyeva, AzKİL-in Şimal zonası üzrə Proqram Mütəxəssisi Akif Kərimli, Qarabağ zonası üzrə mütəxəssis Əbülfəz Əhmədov, Balakən rayon “Novruz” Qadın İnkişaf Qrupunun üzvü Meysarat Qaysayeva, Ağdam rayonu Zəngişalı icmasının “Qarabağ” QİQ-in üzvü Gülbəniz Nağıyeva və başqaları çıxış ediblər.
İştirakçılar müxtəlif növ şirniyyatlaraa və toxunan, sərgiyə qoyulan xalçalara baxıblar. Sumağallı qadınlarının fəallığı gələn qonaqların diqqətini cəlb edib.
Yeni yaranan qrupla Kənd İnvestisiya Layihəsinin işgüzar əlaqələri Sumağallının inkişafına böyük səmərə gətirəcəkdir.
Gülər Baxışova

Şərh Yaz