Hörmətli mətbuat işçiləri!

Sizi və bütün Azərbaycan jurnalistlərini Milli Mətbuatımızın yaranmasının 143-cü ildönümü münasibətilə təbrik edir, çətin və şərəfli, yaradıcı fəaliyyətinizdə sizə uğurlar, nailiyyətlər arzulayıram.Hörmətli mətbuat işçiləri!                           Azərbaycan cəmiyyəti inanır ki, Milli Mətbuatımız bundan sonra da ümummilli lider Heydər Əliyev ideyalarının təbliğatçısı olmaqla, dövlətimizə, dövlətçiliyimizə sədaqətli xidmətini şərəflə davam etdirəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil Azərbaycanın inkişafı, yüksəlişi və tərəqqisi naminə həyata keçirdiyi tədbirləri dolğun və real şəkildə təbliğ edəcək, inkişafınıza mane olmaq fikrinə düşən, mətbuata təsadüfdən gələnlərin sıralarınızda qalmasına imkan verməyəcəksiniz.
Milli Mətbuatımızın, jurnalistikamızın inkişafı yolunda bir daha Sizə uğurlar, can sağlığı arzulayırıq!
Hörmətlə,
İsmayıllı Rayon İcra Hakimiyyəti

Şərh Yaz