İstedadlı şagirdlər mükafatlandırıldı

Hər il oduğu kimi, bu il də dərs ilinin sonunda İsmayıllı rayonun təhsil müəssisələrində təhsil alan istedadlı şagirdlərin RTŞ və ATİAHİ İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə ümumrayon toplantısı keçirildi. İstedadlı  şagirdlər mükafatlandırıldı
İstedadlı  şagirdlər mükafatlandırıldıTədbirdə çıxış edən RİH-nin başçısının müavini Sevil Əhmədova və RTŞ-nin müdiri Rasim Orucov təhsil sahəsində Respublikada gedən islahatlardan, qazanılmış uğurlardan, istedadlı gənclərə dövlət tərəfindən göstərilən qayğıdan, bununla bağlı möhtərəm Prezidentimizin son sərəncamlarından danışaraq rayonun bütün istedadlı gənclərini səmimiyyətlə təbrik edib, onlara yeni təhsil uğurları arzuladılar.
Fənn olimpiadasının Respublika turunda qalib gəlmiş 5 nəfər istedadlı şagirdi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin Respublika turunda qalib gəlmiş sagirdləri və 700 bal toplamış şəhər 6 nömrəli tam orta məktəbinin məzunu Vasif Əsədov RİH-i tərəfindən mükafatlandırıldı.
Bundan əlavə digər inşa yazı müsabiqələrində, əl işlərinin Respublika baxış müsabiqələrində qalib gəlmiş istedadlı gənclər, həmçinin “Şahin” hərbi idman oyunları və “Gənc xilasedicilər”in Respublika final mərhələsində qalib gəlmiş şəhər 6 nömrəli tam orta məktəbin 14 nəfər şagirdi, həndbol üzrə Respublika Spartakiadasında III yeri tutmuş Diyallı kənd tam orta məktəbinin 11 nəfər şagirdi, şahmat yarışının Respublika final mərhələsində qalib gəlmiş 2 nəfər şagird, onlayn fənn olimpiadaların beynəlxalq müsabiqəsində və elektron layihə müsabiqələrinin Respublika turunda qalib gəlmiş 60 nəfərdən çox istedadlı şagird tədbirdə mükafatlandırıldı.
Ümummilikdə, 145 nəfərdən çox istedadlı şagird RTŞ-si və ATİAHİ RK-si tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. İstedadlı şagirdlərin yaradıcılıq potensialının artırılması və onlara qayğı göstərilməsi ATİAHİ Rayon Komitəsinin daim diqqətində olan əsas məsələlərdən biridir. Yay tətili müddətində məktəblilərin, o cümlədən istedadlı şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün tərəfimizdən çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılmışdır.
Hafiz Kərimov,
ATİAHİ İsmayıllı RK-nın sədri

Şərh Yaz