Ölkə müstəqilliyinin tarixi

İsmayıllıdakı “Bilik Evi”ndə Milli Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbiri İsmayıllı “Bilik Evi”nin müdiri Sevinc Novruzova açaraq bayram münasibətilə tədbir iştirakçılarına ölkəmizin müstəqilik tarixindən danışıb, onları Milli Ordu Günü münasibəti ilə təbrik edib. S.Novruzova qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordu quruculuğu prosesi bu gün də uğurla davam etdirilir. Ölkə müstəqilliyinin tarixi                    Г‡ıxış üçün söz İsmayıllı “Bilik Evi”nin nümayəndəsi Raqub Xəlilliyə verilib. R.Xəlilli də öz növbəsində bildirib ki, tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
Daha sonra tədbir iştirakçıların mövzu ətrafında müzakirələri ilə davam edib.
S.Novruzova

Şərh Yaz