Tütünçülük inkişaf etdirilir

İsmayıllı rayonunun kənd təsərrüfatı məhsulları istehsalında və əhalinin məşğulluğunda tütünçülük vaxtilə xüsusi mövqeyə malik idi. Ölkədə aparılan məqsədyönlü iqtisadi siyasətin nəticəsi olaraq, eləcə də qeyri-neft sektorunun inkişafı istiqamətində son illərdə rayonumuzda tütünçülük sahəsi də bərpa edilib. Belə ki, rayonda 2016-cı ildə 5, 2017-ci ildə 15, 2018-ci ildə isə 22 hektar sahədə tütün əkilib. Tütün istehsalı 27,2 tona çatdırılıb. Əhali arasında tütün əkin sahələrinin və istehsalının daha da artırılması ilə əlaqədar lazımi tədbirlər aparılır.Tütünçülük inkişaf etdirilir                 Bu tədbirlərin davamı olaraq 12 iyul 2018-ci il tarixdə Qurbanəfəndi kəndində tütünçülüklə bağlı seminar-müşavirə keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd tütün bitkisinin aqrotexnikası, xəstəlik və zərərvericilərə qarşı mübarizə üsullarının öyrənilməsi və müasir becərmə texnologiyalarının istehsalçılara əyani göstərilməsidir.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Şahin Hüseynov, İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri Paşa Məmmədov, Akif Əsədov çıxış ediblər. Tütünçüləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Seminar-müşavirədə tütünçülüklə məşğul olan istehsalçılar, mütəxəssislər, aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Ş.Hüseynov

Şərh Yaz