Bələdiyyə komandaları arasında birincilik yekunlaşıb

3 may 2018-ci il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi perespektiv iş planına uyğun olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyinə start vermişdi.Bələdiyyə komandaları arasında birincilik yekunlaşıb                Yarış beynəlxalq futbol qaydalarına uyğun olaraq dairəvi sistemdə aparılıb. Yarışa 11 bələdiyyə komandası qoşulub və 3 futbol meydançasında (İsmayıllı şəhər Aşağıbaş, Hacıhətəmli və Mollaisaqlı kəndlərində) keçirilib.
Yarışın final mərhələsi isə iyul ayının 6-da İsmayıllı şəhər stadionunda keçirilib. Yarışın bağlanışında Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək Ulu öndərin yürütdüyü uğurlu, hərtərəfli siyasətdən bəhs edərək, gənclərə və idmançılara göstərdiyi diqqət və qayğıdan, verdiyi dəyərdən danışıb. Bu siyasətin indi də Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Yarışlarda iştirak edənlərə yaxından dəstək olanlara və hakimlərə öz minnətdarlığını bildirib və idmançılara uğurlar arzulayıb.
Tədbirdə RİH-nin başçısının birinci müavini Rövşən Ağayev, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, digər idarə və müəsisələrin rəhbərləri də iştirak ediblər.
Yarışda Hacıhətəmli bələdiyyəsinin komandası birinci olub. İkinci yeri “Babadağ”, üçüncü yeri isə Xanagah komandası qazanıb.
Qalib komandalar, eləcə də hakimlər rayon Gənclər və İdman İdarəsinin diplom və kuboklarını almaqla yanaşı, kitab, qol saatı və pul mükafatı ilə də təltif olunublar.
Səbuhi Əzizov

Şərh Yaz