Qloballaşan dünyaya inteqrasiya

30 iyun 2018-ci il tarixdə İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyində “Qloballaşan dünyaya inteqrasiya” ictimai birliyinin “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak” adlı layihəsi həyata keçirilib.Qloballaşan dünyaya inteqrasiya                     Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov turizmin formalarından və onun təbliğində mediyanın rolundan danışıb. Daha sonra “Sağlam Gəncliyə Doğru” ictimai birliyinin sədri İlkin Ağayev çıxış edərək, bu cür tədbirlərin keçirilməsində məqsəddən – ölkədə turizm potensialının genişləndirilməsindən danışıb. Turizmin inkişafında sosial şəbəkələrin müstəsna rol oynadığını bildirib.
Turistlərin ölkəyə cəlb olunmasında beynəlxalq turizm sərgilərinin təşkilindən, möhtəşəm idman yarışlarının keçirilməsindən, elit idman növlərinin ölkəyə gətirilməsindən danışan birliyin təlimçisi Xaqani İbadov Respubilkaya gələn turistlərin müxtəlif xidmətlərdən faydalanaraq həmin sahələrə əlavə sərmayələr yönəltməkləri ilə yanaşı digər sahələrə – xüsusilə ictimai-iaşə, nəqliyyat və bank sektoru kimi sahələrə də əlavə gəlir gətirdiyini bildirib.
Tədbir işgüzar dialoq formasında müzakirələrlə yekunlaşıb.
M.Zeynalov

Şərh Yaz