Buraxılış imtahanları davam edir

Artıq ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində növbəti tədris ili başa çatıb. Hazırda sonuncu kurslarda yekun buraxılış Dövlət Attestasiya imtahanları davam edir. İmtahanlar yeni, mütərəqqi prinsiplər əsasında aparılır.Buraxılış imtahanları davam edir          Bu da öz növbəsində imtahanların keçirilməsində şəffaflığın təmin olunmasına və tələbələrin biliklərinin düzgün, obyektiv qiymətləndirilməsinə imlkan yaradır.
12 iyun 2018-ci il tarixindən başlayaraq İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dövlət Attestasiya Komissiyasının yekun buraxılış imtahanlarına start verilib. Kollecdə 7 ixtisas üzrə 113 nəfər tələbə təhsil aldıqları müddət ərzində qazandıqları bilikləri Dövlət Attestasiya Komissiyasının üzvləri qarşısında nümayiş etdirirlər.
Tələbələrimizin böyük əksəriyyəti imtahanlardan əla, çox yaxşı, yaxşı, qənaətbəxş, az sayda tələbə isə qeyri-kafi qiymət almışdır. Qeyri-kafi qiymət alan tələbələr 2017-2018-ci tədris ilinin sonunda Dövlət Attestasiya Komissiyası haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən tənzimlənəcək.
Şəlalə Abışova

Şərh Yaz