Gəlin birlikdə danışaq

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi həssas təbəqədən olan ailələrlə iş aparır. Bununla yanaşı Mərkəzdə psixoloji problemi, nitq problemi olan, habelə özünəqapanan, ünsiyyət qurmaqda çətinlik çəkən, adi həyat bacarıqları olmayan insanlara da xidmət göstərilir. Gəlin birlikdə danışaq                          smayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi həssas təbəqədən olan ailələrlə iş aparır. Bununla yanaşı Mərkəzdə psixoloji problemi, nitq problemi olan, habelə özünəqapanan, ünsiyyət qurmaqda çətinlik çəkən, adi həyat bacarıqları olmayan insanlara da xidmət göstərilir. Gəlin birlikdə danışaq                          Göstərilən xidmətlərin səviyyəsini yüksəltmək məqsədilə vaxtaşırı Mərkəzin işçiləri öz bilik və bacarıqlarını artırır, təlim və kurslarda iştirak edirlər. Habelə təcrübəli mütəxəssislərin iştirakı ilə Mərkəzdə “açıq qapı” günləri keçirilir. Növbəti belə tədbir iyulun 17-də nitq problemi olan insanlar üçün keçirildi.
“Açıq qapı” gününın bu dəfəki qonağı Bakı Gənclik Psixonevroloji Reablitasiya Mərkəzindən dəvət edilmiş təcrübəli loqoped-defektoloq Gülnar Zülfüqarova idi. Gülnar xanım tədbir başlamazdan əvvəl Mərkəzin psixoloqu və loqopedi ilə söhbət apardı, onları bu sahədə olan son yeniliklərlə tanış etdi, təcrübə mübadiləsi apardı. Alaliya, afaziya, dizartiya, dislaliya, kəkələmə, disqrafiya və s. bu kimi nitq problemi olan iyirmiyə yaxın uşaq müayinə edildi. Müayinə valideynlərin iştirakı ilə keçirildi.
Sonda valideynlərlə söhbət aparan Gülnar Zülfüqarova və Mərkəzin loqopedi Nazlı Yəhyayeva internet və telefondan düzgün istifadə olunmamasının, xüsusilə, uşaqların cib telefonundan istifadə etməsinin nitq problemləri və ünsiyyət qurmaqda yaratdığı çətinliklər barədə danışdılar, valideynləri uşaqları ilə sıx ünsiyyətdə olmağa dəvət etdilər. “Hətta, sevimli mətbəxinizdə iş görəndə belə övladınızı kənar tutmayın, əliniz işdə, diliniz, fikriniz övladınızla söhbətdə, ünsiyyətdə olsun, birlikdə danışın, birlikdə işləyin. Bu, övladınızın sabahı üçün çox gərəklidir!”
Lalə Kəbirova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçisi

Şərh Yaz