İsmayıllılar inamlı, İlhamlı gələcəyə səs verdi

11 aprel 2018-ci il tarixdə keçirilmiş Prezident seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 17 aprel tarixli plenumunda təsdiq etdi. İsmayıllılar inamlı, İlhamlı gələcəyə səs verdi                       86 saylı İsmayıllı seçki dairəsinin Dairə Seçki Komissiyası bu seçkilərə hələ seçkilərə start verilməmişdən qabaq ciddi hazırlıq işlərinə başlamışdı. Belə ki, əvvəlcədən mövcud 69 seçki məntəqəsində vacib təmir işləri həyata keçirildi. Məntəqədə seçki komissiyalarının normal işləmələri üçün hər cür şərait yaradıldı. Məntəqələrin hər biri zəruri texniki avadanlıq, təbliğat-təşviqat, kargüzarlıq materialları, təlimatlar və digər tələb olunan vasitələrlə vaxtında təmin olundu.
86 saylı DSK-da Prezident seçkilərində müşahidəçi kimi iştirak etmək üçün 704 nəfər qeydə alınmışdı. Bunlardan 560 nəfəri siyasi partiyalardan, 70 nəfəri QHT-dən, yerdə qalanları isə öz təşəbbüsü ilə seçkiləri müşahidə etdi.
Səsvermə günü 69 məntəqənin heç birində qanun pozuntusu qeydə alınmadı, DSK-ya heç bir narazılıq və şikayət daxil olmadı. Nəticədə, prezidentliyə namizədliklərini irəli sürmüş 8 nəfərdən İlham Heydər oğlu Əliyev səsvermədə iştirak edən etibarlı səsdən 31226 nəfər seçicidən 27319 seçicinin səsini qazanaraq 87,48 faiz səslə qalib gəldi.
Sonrakı yerləri 3,17 faiz səslə Həsənquluyev Qüdrət Müzəffər oğlu, 2,66 faiz səslə Zahid Oruc Məhərrəm oğlu, 2,56 faiz səslə Məmmədov Sərdar Calal oğlu, 1,22 faiz səslə Hacıyev Hafiz Ələmdar oğlu, 1,21 faiz səslə, Əlizadə Araz Məmməd Mübariz oğlu, 1,06 faiz səslə Quliyev Fərəc İbrahim oğlu, 0,64 faiz səslə Nurullayev Razi Qulaməli oğlu tutmuşdur.
11 aprel Azərbaycan Respublikası Prezidenti seçkilərində 86 saylı İsmayıllı Dairə Seçki Komissiyası üzrə 41428 seçici qeydə alınıb. Seçici aktivliyi 75,56 faiz olmuşdur ki, bu da 31303 nəfər seçicinin bülleten alması deməkdir. Seçkiləri tam şəffaf, demokratik, qanuna uyğun keçirdikləri üçün İsmayıllı seçicilərinə və məntəqə seçki komissiyalarının üzvlərinə təşəkkür edirik.
Fürsətdən istifadə edərək İsmayıllı seçiciləri adından yenidən Prezident seçilmiş İlham Heydər oğlu Əliyevi ürəkdən təbrik edir, ona böyük uğurlar arzulayırıq!
Əlirəmzi Məhərrəmov,
86 saylı İsmayıllı DSK-nın sədri

Şərh Yaz