Xalq “İlhamla irəli!” şüarını dəstəklədi

11 aprel 2018-ci il tarixdə keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təbliğat-təşviqat kompaniyası uğurla aparıldı.Xalq “İlhamla irəli!” şüarını dəstəklədi                        Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi təbliğat-təşviqat tədbirləri çərçivəsində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədin seçki plakatlarını Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrə yapışdırıldı.
YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi tərəfindən təbliğat-təşviqat işlərinin yüksək səviyyədə təşkili üçün bütün seçki proseduraları uğurla həyata keçirildi.
Təbliğat-təşviqat işlərinə başladığı ilk rayon təşkilatı əmin idi ki, seçki prosesi əvvəlki illərdə olduğu kimi, bu seçkilərdə də yüksək səviyyədə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə, Seçki Məcəlləsinə və onun təlimatlarına uyğun olaraq tam şəffaf, ədalətli şəkildə keçiriləcək.
Partiyanın fəalları demək olar ki, rayonun bütün yaşayış məntəqələrində oldular, irəli sürülmüş namizədin həyatından, Azərbaycanın bugünkü inkişafında misilsiz xidmətlərindən söz açdılar. Təbliğat-təşviqat qrupu hər yerdə hörmətlə qarşılandı. Vətəndaşlar seçkilərə start verildiyi gündən seçimlərini tam dəqiqləşdirdiklərini, YAP-nın namizədinə alternativ olmadığını əminliklə ifadə etdilər. Dövlət-xalq, xalq-dövlət birliyi möhkəmliyini əyani şəkildə bir daha sübut etdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz