31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı cinayətlərindən 100 il keçir.31 Mart - Azərbaycanlıların Soyqırımı Günü
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü    Bakı quberniyasında başlanan kütləvi qətillər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Yüz minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuşdur. Təkcə 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni mütəşəkkil silahlı dəstələri 50 mindən çox azərbaycanlı qətlə yetirmişlər. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və talan edilmiş, dinc əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 min azərbaycanlı məhv edilmişdir.
Azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi xalqımızı milli etnos kimi yer üzündən silmək, tarixi torpaqlarımıza yiyələnmək olub. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib”.
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar 30 mart 2018-ci ildə Mollaisaqlı və Hacıhətəmli kənd İƏD üzrə nümayəndəliklərdə tədbirlər keçirilmişdir. Tədbirlərdə kənd ağsaqqalları, zıyalılar, gənclər iştirak və çıxış etmişlər. Г‡ıxış edənlər ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımın nəticəsinin yalnız minlərlə insan ölümüylə deyil, həm də bu soyqırımın tarixi abidələrimizə, mədəniyyətimizə, milli-dini dəyərlərimizə qarşı yönəldiyini qeyd etmişlər. Sonda 1918-ci il hadisələri zamanı şəhid olmuş türk əsgərlərinin məzarları, həm də Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Namiq Kərimov

Şərh Yaz