Peşə seçimi mövzusu gündəmdədir

Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq qrafikə uyğun olaraq 15 mart 2018-ci il tarixdə İsmayıllı rayon M.Piriyev adına Tircan kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin və onların valideynlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru İ.Gərayev açıb. Peşə seçimi mövzusu gündəmdədir
Rayon Məşğulluq Mərkəzinin Aktiv məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi Qadir Abduləzizov “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda çıxış edərək, gənclərə əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, düzgün peşə seçimi üçün tələb olunan əsas şərtlər haqqında məlumat verib. Şagirdlərə meyl və bacarıqlarına uyğun, əmək bazarının tələblərini nəzərə almaqla istədikləri peşələrə yiyələnmələri tövsiyə olunub. Mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Mərkəzin məsləhətçisi Arif Xancanlı, məktəbin psixoloqu Könül Babazadə və xarici dil müəllimi Xatirə Məlikova çıxış edərək mövzu ətrafında fikirlərini bildiriblər.
Eyni məzmunlu tədbirlər mart ayının 30-da Qalınçaq kənd tam orta məktəbində, aprel ayının 2-də isə Vəng kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin, eləcə də valideynlərin iştirakı ilə keçirilib.
Keçirilən tədbirlərin yekununda valideynləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qadir Abduləzizov,
Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi

Şərh Yaz