Təhsilin inkişafı gələcəyin inkişafıdır adlı konfrans keçirilib

20 aprel 2018-ci il tarixində İsmayıllı rayon Qaraqaya kənd ümumi orta məktəbində “Təhsildə Keyfiyyət ili” çərçivəsində “Təhsilin inkişafı gələcəyin inkişafıdır” adlı elmi-praktik konfrans keçirilib.Təhsilin inkişafı gələcəyin inkişafıdır adlı konfrans keçirilib20 aprel 2018-ci il tarixində İsmayıllı rayon Qaraqaya kənd ümumi orta məktəbində “Təhsildə Keyfiyyət ili” çərçivəsində “Təhsilin inkişafı gələcəyin inkişafıdır” adlı elmi-praktik konfrans keçirilib. Təhsilin inkişafı gələcəyin inkişafıdır adlı konfrans keçirilib
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, ümumtəhsil məktəblərinin rəhbərləri, qabaqcıl müəllimlər, rayonun qabaqcıl müəllimləri, rayon Təhsil Şöbəsinin idarəetmə aparatının məsul əməkdaşları elmi-praktik konfransda iştirak ediblər.
Konfransda “Təhsilin inkişafı gələcəyin inkişafıdır” mövzusunda müzakirələr aparılıb. Qonaqlar məktəbin fənn kabinetləri və laboratoriyaları, kitabxanası, tədris otaqları ilə tanış olduqdan, məktəb şagirdlərinin əl işlərindən ibarət sərgini izlədikdən və ayrı-ayrı fənlər üzrə təşkil edilən açıq dərsləri dinlədikdən sonra konfrans işini akt zalında davam etdirib.
Konfransda dinlənilmiş açıq dərslər müzakirə edilib, təhsilin keyfiyyətinin yüksəldilməsi yolları ilə əlaqədar təklif və rəylər söylənilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb, əldə edilən müsbət təcrübə ümumiləşdirilib, tədris prosesindəki nöqsanların aradan qaldırılması yolları müzakirə edilib. Təhsilin inkişafı gələcəyin inkişafıdır adlı konfrans keçirilib
Təhsil sahəsində keyfiyyət ilinin elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyin müvafiq əmrindən irəli gələn vəzifələr, “Keyfiyyət ili” çərçivəsində “Təhsilin inkişafı gələcəyin inkişafıdır” mövzusunda İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti Sədəf Mikayılova məruzə edib.
Digər çıxış edən məktəb direktorları və fənn müəllimləri də keyfiyyət ili ilə əlaqədar məktəblərində həyata keçirilən tədbirlərdən danışıb, qarşıda duran vəzifələr ilə bağlı fikir və mülahizələrini konfrans iştirakçıları ilə bölüşüblər.
Təhsilin inkişafı gələcəyin inkişafıdır adlı konfrans keçirilib
Konfransın yekunu olaraq İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxış edib və bu kimi tədbirlərin vaxtaşırı keçirilməsinin təqdirəlayiq olduğunu bildirib. R.Orucov təhsilə göstərilən dövlət dəstəyini vurğulayıb. Həmçinin qarşıda duran məsələləri diqqətə çatdırıb.
Sədəf Mikayılova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz