Kitabxanamızın uğuru

16 aprel 2018-ci il tarixi İsmayıllı MKS-nin Uşaq şöbəsində xoş təəssüratlarla yadda qaldı. Kitabxanamızın uğuru
Kitabxanamızın uğuruBelə ki, İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbinin VII c sinif şagirdi Aytac Hüseynli Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan “Kitabsevər uşaqlar” Facebook səhifəsi və YouTube kanalında keçirilən “Nağıllara səyahət” müsabiqəsində yüksək nəticə göstərdiyinə görə YUNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədova tərəfindən III dərəcəli Diplom ilə təltif olunmuşdur. Oxucumuz 27 balla III yeri tutmuşdur.
Aytac birinci sinifdən kitabxanamızın fəal oxucularındandır. Kitabxanamızda kiçik yaşlı oxucular üçün müxtəlif mövzuda kitablar vardır. O, bu kitabların çoxunu oxuyub. Aytac fəal oxucu olmaqla yanaşı, kitabxanamızın tədbirlərində yaxından iştirak edir. “Nağıl otağı”nda keçirilən tədbirlərdə, “Kitab müalicəxanası”, “Bacarıqlı əllər” dərnəyində və digər içtimai işlər onsuz keçmir.
Sözü gedən tədbirdə A.Hüseyinlinin sinif yoldaşları, müəllimləri və əməkdaşlarımız iştirak etdilər. İsmayıllı MKS-inin direkroru Könül Baxışova çıxışında fəal oxucumuz Aytacı diplomla təltif etdi, hədiyyə ilə mükafatlandırdı. Xatirə foto şəkilləri çəkildi.
Yekunda oxucuların maraqlarını həmişə diqqətdə saxlayan və daima yeni layihələrlə onları sevindirən Azərbaycan Respublikası Mədəniyyət vəTurizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi, kitab dövriyyəsi sektorunun müdiri və eləcə də YUNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədovaya kitabxana sisteminin inkişafında gösrərdiyi diqqətə görə xüsusi minnətdarlıq bildirildi.
Turanə Əzizova

Şərh Yaz