2017-ci il Basqal qəsəbəsi üçün uğurlu olub

2017-ci il Basqal qəsəbəsi üçün uğurlu olubİsmayıllı rayonunun müasir inkişafını təmin etmək, keçmişini aramaq, tarixi-etnoqrafik, qədim memarlıq və arxeoloji abidələrini qorumaq üçün səmərəli layihələr həyata keçirilir. Qədim və zəngin tarixə, yüksək mədəniyyətə malik Basqal qəsəbəsi də öz inkişaf dövrünü yaşayır. Son illərdə Basqal qəsəbəsinə asfalt yol və qaz kəməri çəkilib, burada enerji təsərrüfatı SİP kabel sistemi ilə yenilənib. Məktəb öz funksiyasını layiqincə yerinə yetirir. Qədim kəlağayı sənətinin təbliği mütəxəssislərin yaratdığı ”Kəlağayı muzeyi” vasitəsilə geniş miqyasda aparılır.
Bu fikirlər 8 yanvar 2018-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin “2017-cı ildə görülən işlər və 2018-ci ildə qarşıda duran vəzifələr” barədə hesabat yığıncağında səslənib. Hesabat yığıncağında qəsəbənin təhsil, mədəniyyət, səhiyyə, rabitə, elektrik enerjisi və qaz təsərrüfatı işçiləri, dini icma üzvləri və sakinlər iştirak ediblər.
Hesabat yığıncağında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Şahin Hüseynov iştirak edib.
Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə İƏD üzrə nümayəndəsi Novruz Əsədov yola salınan 2017-cı ildə görülən işlər barədə geniş məlumat verib.
Görülən işləri qəsəbə sakinlərinin yaşayış tərzinə gündəlik xidmət kimi dəyərləndirən məruzəçi nümayəndəlikdə görülən işlərlə yanaşı çatışmazlıqları da diqqətə çatdırıb. Bildirib ki, bu problemlərin bəzilərini əlaqədar təşkilatlar, bəzilərini isə əhali özü həll etməlidir.
Məruzə ətrafında A.Qafarov, F.Mustafayev, P.Nəzirov, R.Nağıyev, Y.Ağayeva, Q.Hacıyeva və başqaları çıxış edərək, arzu və təkliflərini bildiriblər.
İsmayıllı RİH-nin əməkdaşı Ş.Hüseynov çıxış edib. O, çıxışında İsmayıllı rayonununda gedən quruculuq-abadlıq işlərindən rayonun qədim və tarixi yaşayış məskəni olan Basqal qəsəbəsinin də kənarda qalmadığını, Basqalda ənənəvi kəlağayı sənətinin və turizmin inkişafı üçün münbit şəraitin olduğunu qeyd edib. Yerli icra nümayəndəsinə və bələdiyyə sədrinə, sahibkarların problemlərin həlli işlərinə cəlb olunması üçün fəallıq göstərmələrini tövsiyə edib.
Sonda Basqal qəsəbə İƏD üzrə nümayəndəliyin 2017-cı ildəki fəaliyyətinə kafi qiymət verilib. Yığıncaqda söylənilən təkliflərin İsmayıllı rayon İcra Hakimiyyətinə məlumat şəklində çatdırılması qərara alınıb.
Xəyyam Pənahov,
Basqal qəsəbə İƏD üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi

Şərh Yaz