YAP İsmayıllı rayon təşkilatının IX konfransını keçirib

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının IX konfransı keçirilib. Konfransdan əvvəl qonaqlar və konfrans nümayəndələri İsmayıllı rayonun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.YAP İsmayıllı rayon təşkilatının IX konfransını keçirib
[thumb=left]http://ismayilli-xeberleri.info/uploads/posts/2017-12/1514312413_24d.jpg[/thumb
Konfransda Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP İdarə heyətinin üzvü Eldar İbrahimov, millət vəkilləri Novruzəli Aslanov və Şəmsəddin Hacıyev, YAP-ın zona kuratoru Həsən Daşdəmirov iştirak edib.
Konfrans iştirakçıları partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova ötən dövr ərzində partiyanın gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib.
Nəzarət-təftiş qurupunun hesabatı dinlənilib. Konfransda məruzə ətrafında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayon təşkilatının Qadınlar şurasının sədri Xuraman Qurbanova, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, YAP Gənclər Birliyinin sədr əvəzi Qönçə Ağazadə, İvanovka ərazi təşkilatının sədri Olqa Jabina çıxış ediblər.
Konfransda Eldar İbrahimov, Novruzəli Aslanov və Şəmsəddin Hacıyev çıxış edərək partiyanın keçdiyi şanlı tarixi yoldan, ümummilli lider Heydər Əliyevin partiyaya rəhbərlik illərindən, möhtərəm Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlarından danışıblar.
Konfransda həmçinin, təşkilatı məsələlərə baxılıb. Təşkilatın 39 nəfərdən ibarət şurası, 21 nəfərdən ibarət idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib.
Sevil Əhmədova YAP İsmayıllı rayon təşkilatının sədri, Məhərrəm Əhmədov, Zaur Muradov və Taleh Salehov sədrin müavinləri seçiliblər.
Gənc YAP-çılara üzvlük vəsiqələri, partiyanın yaradılmasında və sonrakı fəaliyyətində xidmətləri olan bir qrup YAP üzvünə Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
V.Salehov

Şərh Yaz