Vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək

Azərbaycan xalqı əsrlər boyu azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Zəngin coğrafi mövqeyinə görə güclü dövlətlərin hərbi təcavüzünə məruz qalmasına baxmayaraq, xalqımız mövcudluğunu qorumuş, güclü düşmənlərə qarşı mübarizədə qəhrəmanlıq nümunələri göstərib. Vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək
Vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra öz torpaqlarının müdafiəsi uğrunda mənfur qonşumuz Ermənistan Respublikasına qarşı Qarabağ müharibəsində o vaxtkı hakimiyyət rəhbərlərinin səriştəsizliyi üzündən 20 faizdən artıq torpaqlarını itirdi və bir milyondan artıq vətəndaşının qaçqın olması taleyini yaşadı.
Məğlub duruma düşdükdən sonra məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan Respublikasıhda ordu quruculuğunda geniş işlər görüldü və ordumuz hərbi gücünü bərpa edərək sərhədlərimizi müdafiə etməyə və düşmənə layiqli cavab verməyə başladı.
Kecmişə nəzər salsaq, 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına münasibət pis idi. Yalnız ümummilli liderimiz Heydər Əliyev rəhbərliyi dövrlərində ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı önə çəkildi. Ulu öndər 1971-ci ildə hərbi kadrlar hazırlayan məktəbin –“ Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Bakıda belə bir hərbi məktəbin açılmasının böyük ehtiyac var idi.
Hər bir ölkə ordusunun güclü, torpaqlarının əmin və etibarlı əllərdə olmasını istəyir. Məhz Heydər Əliyevin siyasəti Azərbaycan Respublikasının Milli Ordusunu qüdrətli ordular sırasına çəkdi.
Müasir Azərbaycan hərbi gücü ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edir. Hərbi gücümüzün artması, 2016-cı ilin aprel hadisələrində qazadığımız qələbələr yeniyetmə və gənclərdə hərbi-vətənpərvərlik ruhunun artmasında müstəsna rol oynadı. Məhz həmin müddətdə könüllü olaraq on minlərlə gənclərimiz rayonların aidiyyatı hərbi orqanlarına müraciət edərək, döyüşlərdə iştirak etməyə, ordumuza dəstək verməyə hazır olduqlarını bildirmişdilər.
Biz yeniyetmə və gənclərin qüdrətli ölkəmiz və ordumuz ətrafında sıx birləşməsi və Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinə töhfə verməyə, yeniyetmə və gənclərin inkişaf etməsinə çalışırıq. Yeniyetmə və gənclərin hərbi təhsilə cəlb olunması məqsədilə hərbi-vətənpərvərlik ruhunda təşkil olunan kütləvi mədəni və idman tədbirlərinin, maarifləndirmə təlimlərinin aparılmasını, onların müntəzəm olaraq hərb tarixi muzeylərinə ekskursiyalarının, torpaqlarımız uğrunda şəhid olan həmvətənlərimizin məzarına ziyarətlərin, müharibə veteranları və əlilləri ilə görüşlərin təşkilini daima vacib hesab edirik.
Bu məqsədlə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsi çərçivəsində “Region gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” adlı layihəsinin icrasını davam etdirir.
Qüdrət Kazımov,
layihə rəhbəri

Şərh Yaz