Vergilər ölkənin büdcəsini formalaşdırır

Respublikanın iqtisadi inkişafında vergilərin əhəmiyyətini nəzərə alaraq, iqtisadiyyatın digər sahələrində çalışacaq mütəxəssislərin formalaşması, həm də gələcəkdə vergi ödəyicilərinin sırasına qatılacaq gənclərin maarifləndərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq məktəblilər arasında hər il vergilərə aid müxtəlif müsabiqələr keçirilir.Vergilər ölkənin büdcəsini formalaşdırır
Tədbirlər Planının növbəti bəndi ilə cari ilin sentyabr-dekabr aylarında şagirdlərin vergi orqalarına ekskursiyalarının təşkil edilməsi nəzərdə tutulmuşdur.
Qeyd olunanlara uyğun olaraq İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə dekabr ayının 20-də 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasına ekskursiya təşkil edilib. Şagirdlər əyani olaraq vergi orqanlarının iş prosesi, o cümlədən vergi orqanı əməkdaşları üçün yaradılmış iş şəraiti, onlar tərəfindən görülən işlər və vergi ödəyicilərinə göstərilən çoxsaylı xidmətlərlə tanış olublar. (Oğuz və Qəbələ rayonlarının ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri dekabr ayının 8-də 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasına ekskursiya etmişlər).
Şagirdləri 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binası ilə tanış edən idarənin Vergi ödəyicilərinə xidmət bölməsinin rəhbəri, vergi xidməti müşaviri İntiqam Hidayətzadə onlara vergi orqanlarının iş prinsipləri, vergilərin ölkənin büdcəsinin formalaşmasında, dövlətin müəyyənləşdirdiyi iqtisadi və sosial proqramların uğurla həyata keçirilməsində rolu barədə geniş məlumat verib, bu sahə ilə bağlı sualları cavablandırıb.
10 saylı Ərazi Vergilər İdarəsi

Şərh Yaz