Əlverişli biznes mühiti formalaşır

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirəni oktyabr ayının 28-də İsmayıllı rayonunda həyata keçirib.
İslahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək, bir sözlə, cəmiyyətə düzgün mesajın çatdırılması məqsədi ilə həyata keçirilən müzakirəyə İsmayıllı, Ağsu, Qobustan və Şamaxıdan 200 nəfərdən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri qatılıb.
İlk öncə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov son illər Respublikanın ayrı-ayrı rayonlarında sistemli şəkildə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.Əlverişli biznes mühiti formalaşır
Əlverişli biznes mühiti formalaşır
O deyib ki, Prezident tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası, əhalinin rifah halının yaxşılaşması, regionların iqtisadi potensialının tam reallaşdırılması, kənd yerlərinin inkişafı, əlverişli biznes mühitinin formalaşdırılması, iqtisadi və sosial problemlərin həlli üçün mümkün olan bütün qüvvələr səfərbər edilib. Proses bundan sonra da davam etdiriləcək.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov çıxış edib. O qeyd edib ki, regionlarda belə müşavirələrin təşkil olunması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilir. “Regional müzakirələrin keçirilməsində əsas məqsəd ölkədə aparılan iqtisadi islahatlar, strateji yol xəritələrinin qəbulu və bu istiqamətdə həyata keçirilən işlər haqqında regionlarda əhalini, xüsusilə də, sahibkarları məlumatlandırmaq, eyni zamanda sadəcə məlumatlandırmaq yox, iqtisadi islahatların aparılmasında ictimai iştirakçılığı da məhz regionlarda da təmin etməkdən ibarətdir”. Elxan Mikayılov vurğulayıb ki, xüsusilə də, regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, bələdiyyələrin və digər maraqlı tərəflərin iqtisadi təşəbbüslərinin dəstəklənməsi yolu ilə islahatların effektivliyinin artırılması regional müzakirələrin keçirilməsində əsas məqsədlərdən biri olduğu qeyd edilib.
Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov öz çıxışında bölgələrin sosial-iqtisadi inkişafından, o cümlədən İsmayıllı rayonunda həyata keçirilən tədbirlərdən, abadlıq-quruculuq işlərindən, sosial-iqtisadi sahənin inkişafından danışıb və xüsusi ilə sahibkarları bu müzakirələrdə aktiv iştirak etməyə çağırıb.
Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihə nəzarəti və qiymətləndirmə meneceri Namiq Şalbuzov “Azərbaycan Respublikasında iqtisadi islahatlar: Dağlıq Şirvan iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri” mövzusunda prezentasiya təqdim edib.
Tədbirdə həmçinin İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin direktoru Cavid Kəngərli iştirak edib.
İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda çıxış edib.
Г‡ıxışlar yekunlaşdıqdan sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Ş. Soltanov

Şərh Yaz