Tur-aksiya iştirakçıları ilə görüş

Ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə Respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın səkkizinci mərhələsinə start verilib.
Tur-aksiya iştirakçıları ilə görüş
Tur-aksiya iştirakçıları ilə görüş
Bu aksiyalar ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.
Noyabrın 14-də tur-aksiyada iştirak edəcək şagirdlərlə İsmayıllı Rayon İcra Hakimiyyətində görüş keçirilib. Tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik, vətənsevərlik tərbiyəsində, onların Vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Qeyd edib ki, cənab Prezident hər bir gəncin ölkəni, vətəni tanıyaraq sevməsi üçün çox dəyərli və hamı tərəfindən minnətdarlıqla qarşılanan tədbirlər həyata keçirir. Tur-aksiya bu tədbirlərin ən səmərəlisi, ən yadda qalanı və ən müasiridir.
40 nəfər məktəblimiz payız tətili günlərində Quba, Xaçmaz və Qusar rayonlarında olacaq və Azərbaycanın sürətli inkişafına hər bir bölgənin qovuşduğunu görəcəkdir.
Görüşdə pover-liftinq (ağırlıqqaldırma) idman növü üzrə bu yaxınlarda 6-cı dəfə Dünya çempionu olmuş Rayon Polis Şöbəsinin əməkdaşı Kamil Qafarovun tədbir iştirakçılarına təqdim olunması və çıxışı sürəkli alqışlarla qarşılanıb.
Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Təzəkənd kənd tam orta məktəbinin direktoru Elxan Bədəlov, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rayon Veteranlar Şurasının sədri, istefada olan polkovnik Əlaləm Babayev, valideyn və “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Pərvanə Piriyeva, tur-aksiya iştirakçısı Arifə Gərayeva, keçən ilki tur-aksiyanın iştirakçısı İlknur Muradlı və Rayon Polis Şöbəsinin rəisi Telman Ağasıyev görüşdə çıxış edib. Hər bir çıxışda yetişən nəslə göstərdiyi qayğıya görə cənab Prezidentə minnətdarlıq bildirilib. Yaşlılar məktəblilərə müsbət təcrübələrinə istinad etməklə məsləhətlər veriblər. Qeyd olunub ki, dövlət siyasətinin hər bir istiqaməti, xüsusilə gənclər və idman siyasəti rayonda çox uğurla həyata keçirilir.
Azər bədəlov

Şərh Yaz