Məqsəd asudə vaxtdan yararlanmaqdır

Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci Qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Məktəbli-valideyn” layihəsinin qalibi, İsmayıllı rayon Topçu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Gülər Babayevanın 17 oktyabr 2017-ci il tarixində Topçu kənd tam orta məktəbində ilk təqdimat mərasimi təşkil olunmuşdu. Tədbirdə digər ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri, valideynlər, şagirdlər və Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak edirdilər. Məqsəd asudə vaxtdan yararlanmaqdır
Məktəbin direktoru Xavər Allahverdiyeva çıxışında məktəbin uğurlarından danışdı, innavator müəllimlərin bu sahədəki əməyini qeyd etdi. Layihə rəhbəri G.Babayeva təqdimatında layihə haqqında ətraflı məlumat verərək layihənin məqsədi, vəzifələri barədə dinləyicilərə məlumat verdi.
Layihənin məqsədi şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların vaxtdan yararlanmaları, arzu və istəklərinin nəzərə alınması baxımından şagirdlər dinlənildi. Ayrı-ayrılıqda fikirlərini bildirən şagirdlər özləri haqqında təqdimat edərək onları maraqlandıran və düşündürən, etmək istədikləri, lakin edə bilmədikləri işlər, öz aralarındakı münasibətlərdən söz açdılar.
Daha sonra valideynlər adından valideyn komitəsinin sədri, iştirakçı müəllimlər və Rayon Təhsil Şöbəsinin əməkdaşları münasibət bildirərək, layihənin işində uğurlar arzuladılar. Tədbir maraqlı diskusiya şəklində davam etdi.
Güllübəyim Lətifova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz