Müstəqilliyimiz əbədidir

18 oktyabrda İsmayıllı Bilik Evi və İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri MKS-nın Xidmət şöbəsinin direktoru Səbirə Seyidova açaraq 18 Oktyabrın Azəbaycan tarixində önəmli tarix olmasından danışıb. Daha sonra İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova müstəqilliyimizin 26-cı ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdərək “Müstəqilliyimiz əbədidir” mövzusunda məruzə ilə çıxış edib.
Müstəqilliyimiz əbədidir                  Mövzu ilə əlaqədar MKS-nin multimediya mütəxəssisi Aytəkin Dəmirova Müstəqillik günü ilə bağlı fikirlərini dinləyicilərlə bölüşüb.
Tədbirdə MKS-nin direktoru Könül Baxışova çıxış edib. K.Baxışova 1990-1991-ci illərdə Azərbaycanın siyasi vəziyətindən danışıb, ümummilli lider Heydər Əliyevin müstəqilliyin əldə edilməsində əvəzsiz rolunu qeyd edib.
Tədbir dairəvi masa arxasında dinləyicilərin müzakirəsi ilə davam etdirilib. Sonda iştirakçılar Müstəqillik Gününə həsr olunmuş slaydı izləyiblər.
Rusan Qasımov

Şərh Yaz