Yeni təkliflər müzakirəni maraqlı edib

Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqaməti üzrə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin musiqi müəllimi Surə Mehdiyeva qalib gəlib.
“Öyrədənik, bir addım öndəyik” layihəsinin İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində təqdimatı keçirilib.
Yeni təkliflər müzakirəni maraqlı edib           Qeyd edək ki, layihə çərçivəsində İsmayıllı kənd məktəblərində çalışan müəllimlərin İKT bacarıqlarının artırılması, yerli və beynəlxalq layihələrdə işləmək bacarığı da nəzərdə tutulub. Tədbirdə məktəbin direktoru Gündüz Qədirov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, baş məsləhətçi Gülər Baxışova, təhsil işləri üzrə ekspert Ramil Süleymanov, RTŞ-nin metodisti, Respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulov, rayonun müxtəlif məktəblərindən olan müəllimlər də iştirak ediblər. Г‡ıxış edənlər S.Mehdiyevaya yeni uğurlar arzulayıb, maraqlı təkliflərlə müzakirə mövzusuna münasibət bildiriblər.
Bahar Abdullayeva,
məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz