İsmayıllı qonaqların xoşuna gəlib

İsmayıllı rayonu ilə İto şəhərləri arasında imzalanmış “Qardaşlaşmış şəhərlər” protokoluna əsasən qardaş şəhərin nümayəndə heyəti İsmayıllıya gəlib. İsmayıllı qonaqların xoşuna gəlib                Yuxarı sinif şagirdi Suzuki Takeshi, universitet tələbəsi Umehara Taiga və müəllim İnaba Naokadan ibarət nümayəndə heyəti öncə İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində olub. Burada yüksək səviyyədə qarşılanan qonaqlar onlar üçün təşkil olunmuş sərgi, məktəb kitabxanası, həmçinin məktəbdəki tarix muzeyi ilə tanış olublar.
Qonaqların şərəfinə şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii tədbirdə həm yapon, həm də Azərbaycan dilində bir-birindən maraqlı nömrələr təqdim olunub. Daha sonra qonaqlar Uşaq Yaradıcılıq Mərkəzində və Heydər Əliyev adına Parkda, İsmayıllı-İto dostluğu şərəfinə salınmış “Yapon bağı”nda olublar.
Avqustun 16-sı qonaqlar Heydər Əliyev Mərkəzində şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının hazırladığı musiqi nömrələrini dinləyiblər. Daha sonra Mərkəzdə yaradılmış dərnəklərlə tanışlıq, burada bacarıq əldə edən şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.
İsmayıllıda olmaqlarından məmnunluq ifadə edən qonaqlar avqustun 25-dək şəhər 1 nömrəli tam orta məktəbinin şagirdləri, bir qədər əvvəl özlərinin qonaqları olmuş Suğra Ağamalıyeva və Mehin Əkbərlinin ailəsində qonaq olublar.
G.Baxışova

Şərh Yaz