Fındıq, barama və tütün istehsalının artırılmasına həsr olunmuş yığıncaq

İsmayıllı Rayon İcra Hakimiyyəti Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ilə əlaqədar İsmayıllıda tütün, barama və fındıq istehsalının daha da artırılmasına həsr olunmuş geniş tərkibdə yığıncaq keçirib. Burada baramaçılıq, tütünçülük, fındıq istehsalçıları, sahələr üzrə mütəxəssislər, kənd təsərrüfatı və onunla bağlı müəssisələrin işçiləri iştirak ediblər.
Fındıq, barama və tütün istehsalının artırılmasına həsr olunmuş yığıncaq
Fındıq, barama və tütün istehsalının artırılmasına həsr olunmuş yığıncaq    Yığıncağı giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, şimal-qərb zonası, o cümlədən İsmayıllı üçün tarixi-ənənəvi istehsal sahələri olan baramaçılıq, tütünçülük və fındıqçılığın bərpası və inkişafına Prezident İlham Əliyev hərtərfli yardım edir, valyutagətirici sahələrə dövlətin maliyyə dəstəyinin artırılmasına sərəncamlar verir. Bütün bunlar da ölkə iqtisadiyyatının neftdən asılılığını azaldır, insanların həyat şəraitinin yaxşılaşması üçün imkanları artırır. Baramaçılıq və tütünçülüyü ölkə rəhbərinin tələb və tapşırıqları səviyyəsinə çatdırmaq üçün keçmişdəki nəticələri təhlil etməli, hər bir istehsalçıya, hər bir sahibkara fəaliyyətinə uyğun elmi formada yanaşmalı, inzibati idarəetmədən çox elmi idarəetməyə üstünlük verməliyik. Bu gün aparacığımız müzakirələr, edəcəyimiz çıxışlar və verəcəyimiz təkliflər bu üç vacib sahənin yüksək tempdə inkişafına xidmət etməlidir. İsmayıllı taxılçılıqda olduğu kimi, barama, tütün və fındıq istehsalında da öz sözünü deməlidir.
Müzakirələrdə baramaçılar Pərvizə Həsənova, Aslan Muradov, fındıqçılıq üzrə sahibkar Fizuli Bağıyev, şitilçilik üzrə sahibkar Əvəz Nəbiyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin layihə koordinatoru Aydın İnciyev (layihə Əhən kəndi ərazisində həyata keçirilir. Erroziyaya uğramış torpaqlarda, dağ yamaclarında fındıq və qoz ağacları əkilir) və başqaları çıxış ediblər.
Baramaçılıq, tütünçülük və fındıqçılığın 2017-2025-ci illərdə inkişafını təmin etmək məqsədilə ayrı-ayrılıqda hazırlanmış tədbirlər planı yığıncaqda təsdiq edilib.
İstehsalçıların çoxsaylı təklif və məsləhtləri dinlənilib, tədbirlər planında nəzərə alınıb.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Nəsimi Teymurov

Şərh Yaz