Məktəbdəki çatışmazlıqların aradan qaldırılması daha vacib hesab olunub

Məktəbdəki çatışmazlıqların aradan qaldırılması daha vacib hesab olunub    İsmayıllı şəhərinin Mican ərazisində rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərlə görüşüb.
Vətəndaşların RİH-ə etdikləri müraciətlər, görüş öncəsi əlaqədar qurumların hazırladığı arayışlarla yaxından tanış olan RİH-nin başçısı ərazidə sosial infrastrukturun heç də şəhər üçün arzulanan səviyyədə olmadığını vurğulayıb. O həmçinin son illərdə ərazidə görülən bir sıra abadlıq və quruculuq işləri aparıldığını diqqətə çatdırıb.
Başçı bir neçə il əvvəl Mican kəndi kimi tanınan ərazinin şəhərləşdirilməsinin bəzi aspektlərindən danışıb. Bu işdə sakinlərin üzərinə düşən məsələlər barədə açıqlama verib. Bildirib ki, Mican şəhərin bir hissəsidir. Sakinlərin fəallıq, birlik nümayiş etdirdiyi məqamda istənilən kiçik yaşayış məntəqəsində belə, şəhərlərə xas olan infrastruktur qurmaq mümkündür.
M.Sadıqov İsmayıllı şəhərində və rayonun əksər kəndlərində insanların məişət rahatlığına, sosial rifahının yüksəlməsinə səbəb olacaq işlərin davam etdiriləcəyini bildirib.
Sakinlər B.Mirzəyev, Ə.Hüseynzadə küçələrinin asfaltlaşdırılmasını, “Beşik” çayı üzərindən keçən su borusunun yenilənməsini, daha işlək küçələrə – məktəb yoluna asfalt vurulmasını, ərazidəki tam orta məktəbdə dam örtüyünün, məktəb qazanxanasında qazanın dəyişdirilməsini, məktəbə yaxın ərazidə elektrik transformatorunun qoyulmasını, burada atıcılıq tirinin və sanitar qovşağın, eləcə də yeni uşaq bağçasının tikilməsini xahiş ediblər.
Г‡ıxışlarda əsas yer məktəbdəki çatışmazlıqların aradan qaldırılmasına, ərazidəki mövcud problemlərin həllinə, sosial infrastrukturun yaxşılaşdırılmasına, vətəndaşların faydalı əməklə məşğulluğuna, təhsil uğurlarının artırılmasına, eləcə də təqdir olunan yeniliklərin tətbiqinə verilib.
Ş.Soltanov

Şərh Yaz