İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova
Hörmətli Mirdaməd müəllim! 2017-ci ilin may ayının 3-dən 7-dək Azərbaycan xalqının ümummlilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə 5 mərhələdən ibarət olan “TOUR d`AZERBAIDJAN” beynəlxalq velosiped yarışı keçirilmişdir.
Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) təqvimində xüsusi yeri olan birinci kateqoriyalı bu veloturda 18 ölkəni –“ABŞ, İtaliya, Türkiyə, Rusiya, Almaniya, Г‡in, Belarus, İsrail, Qazaxıstan, Avstriya, Slavakiya, Fransa, Yaponiya, Bəhreyn, Ukrayna, Latviya, İran və Azərbaycanı təmsil edən 22 komanda Avropa Velosipedçilər İttifaqının rəhbər vəzifəli şəxsləri, dünyanın tanınmış velosipedçiləri iştirak etmişlər.
Bu mötəbər yarışda ölkəmizi təmsil edən “Synergy Baku” komandasının üzvü Kiril Pozdnyakov həm ikinci mərhələnin qalibi olmuş, həm də ümumi təsnifatın yekununa əsasən yarışın ən güclü velosipedçisi üçün nəzərdə tutulan lider köynəyinə yiyələnmiş və veloturun ən güclü dağ velosipedçisi adını qazanmışdır.
Velotur yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən ölkəmizin “İdman Azərbaycan” və CBC-Sport” televiziya kanallarında geniş işıqlandırılmış, planetin nüfuzlu “Eurosport” kanalı ilə isə aprel-may ayları ərzində hər gün dəfələrlə yarışla bağlı hazırlanmış reklam çarxı, habelə 5 gün dalbadal hər mərhələnin yekunu ilə bağlı sujetləri həmin gün axşam və növbəti gün təkrarən efirə vermiş, may ayının 8-də isə 26 dəqiqəlik yekun icmalı bütün dünyaya yaymışdır.
Bundan əlavə, yarış ərəfəsində “Eurosport” kanalının saytında “TOUR d`AZERBAIDJAN”a getmək üçün 5 səbəb” başlığı altında bu turun müsbət məziyyətlərindən bəhs edən geniş məqalə yerləşdirilmişdir.
Yarış yerli jurnalistlər, eləcə də yeddi ölkəni təmsil edən doqquz xarici jurnalist tərəfindən də geniş işıqlandırılmış, bütün bunlar Bakıda keçirilən IV İslam Oyunlarından bir həftə əvvəl dünya idman ictimaiyyətinin diqqətini bir daha Azərbaycana yönəltməklə, ölkəmizin xaricdə tanınmasına daha samballı bir töhfə olmuşdur.
Yarışdan sonra Beynəlxalq Velosipedçilər İttifaqı Azərbaycan Velosipedçilər Federasiyasına məktub göndərərək veloturun təşkilatçılıq işlərini yüksək qiymətləndirmiş, bütün məsələlərdə təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təmin olunduğunu xüsusi qeyd etmişdir.
Hörmətli Mirdaməd müəllim!
“TOUR d`AZERBAIDJAN” beynəlxalq velosiped yarışının keçirilməsində göstərdiyiniz köməkliyə görə şəxsən Sizə və rəhbərlik etdiyiniz qurumun kollektivinə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə:
Sahib Ələkbərov,
Veloturun Təşkilat Komitəsinin sədri, vergilər nazirinin müavini

Şərh Yaz