Doğum günü böyük məhəbbətlə qeyd olundu

27 aprel 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Rayonun ictimai fəallarının, ziyalılarının, həkimlərin iştirakı ilə Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi təntənə ilə qeyd olundu.
Tədbirdə Zərifə xanıma həsr olunmuş film nümayiş etdirildi. Sonra rayon mərkəzi xəstəxanası baş həkiminin müavini İsrayıl İsmayılov akademik Zərifə Əliyevanın həyatı, elmi-ictimai fəaliyyəti barədə məruzə etdi.
Doğum günü böyük məhəbbətlə qeyd olundu
Doğum günü böyük məhəbbətlə qeyd olundu    Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Zərifə xanıma dərin hörmət və ehtiramla zəngin olan çıxışında tanınmış oftalmoloq, mərhəmətli həkim, göz xəstəliklərinin müalicəsi üzrə bənzərsiz mütəxəssis, böyük ziyalı, dəyanətli ömür-gün yoldaşı, ləyaqətli xanım, ölkə üçün nümunəvi ana kimi onu xarakterzə etdi.
RMX-nın baş həkimi Aydın Əsədov, oftalmoloq həkim Mehriban Şıxıyeva, əməkdar müəllim Mirvari Musayeva akademik, sevimli ana, Azərbaycan qadınlarına xanımlıq nümunəsi olan Zərifə Əliyeva haqqında böyük məhəbbətlə, dərin səmimiyyətlə danışdılar, xatirələr söylədilər.
Tədbir Mərkəzin foyesində konsert proqramı ilə sona çatdı.
Gülər Baxışova

Şərh Yaz