Azərbaycan tibb elminin tarixinə yazılmış parlaq səhifələr

İsmayıllı rayon Mərkəzi Xəstəxanasında Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 94 illik yubileyi münasibətilə tədbir keçirilib. Azərbaycan tibb elminin tarixinə yazılmış parlaq səhifələr
Azərbaycan tibb elminin tarixinə yazılmış parlaq səhifələr    Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açıb. Bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
Rayon xəstəxanasının baş həkimi Aydın Əsədov oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanan Zərifə xanım Əliyeva elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini bildirib.
Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, bunlarla yanaşı, o, azad ölkəmizin inkişaf etmiş dövlətlər sırasında yer tutmasında müstəsna xidmətləri olan, vətəndaşlarımız və dünya xalqları tərəfindən sevilən, çox hörmətli prezidentimiz İlham Əliyevin qayğıkeş anası olub.
Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olub.
Tədbirdə çıxış edən həkimlər –“ İsrayıl İsmayılov, Mehriban Şıxıyeva öz həmkarlarına görkəmli alimin həyat yolundan nümunə götürməyi, çalışdıqları peşəyə dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyeva kimi vurğun olmağı tövsiyə ediblər.
Şahməmməd Soltanov

Şərh Yaz