Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatında

YAP İsmayıllı rayon təşkilatına uzun müddət rəhbərlik etmiş Əzizə Vahabova öz xahişi ilə sədrlik vəzifəsindən getməsi barədə ərizə verib.
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatında
Bu günlərdə partiyanın rayon təşkilatına rəhbərlik edəcək şəxsin müəyyənləşdirilməsi məqsədi ilə YAP İsmayıllı rayon təşkilatı Şurasının iclası keçirilib. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Eldar İbrahimov təklif edib ki, rayon təşkilatının sədri vəzifəsi Şura üzvü, RİH başçısının müavini Sevil Əhmədovaya həvalə edilsin, Şura üzvləri təklifi yekdilliklə bəyəniblər.
Yeni sədr Sevil Əhmədova Şuranın toplantısını keçirib, çıxışları dinləyib. Siyasi, ideoloji və təbliğat işini yaxşılaşdırmaq məqsədilə şura üzvlərinin təklif və məsləhətlərini alıb.
YAP rayon təşkilatının sədr müavini Rüstəm Səmədov qeyd edib ki, partiyaya qəbulda kəmiyyətdən daha çox keyfiyyətə üstünlük verilməli, diqqətli seçim aparılmalıdır. Rayon təşkialtının idarə olunmasında, qərarların qəbulunda kollegialllıq təmin olunmalıdır. İdarə heyətinin və siyasi şuranın iclasları müntəzəm keçirilməlidir. Büdcənin formalaşması diqqətdə olmalıdır ki, partiya həyatında əhəmiyyətli, tarixi günlərin qeyd olunması üçün imkan yaransın, partiya veteranlarına qayğı göstərilsin, siyasi-ideoloji-kütləvi işlərin təşkilində çətinlik yaranmasın. İdarə heyətinin üzvləri Zaur Muradov və Murad Həbibov, sədr müavini Azər Abbasov çıxış edib təşkilati işlərin daha da yaxşılaşdırılmasının, mövcud nöqsanların aradan qaldırılması üçün əsaslı tədbirlər görülməsinin vacibliyindən danışıblar.
Yeni Azərbaycan Partiyasının ilk üzvləri sırasında olan, ilk dəfə “Heydər Əliyev iqtisadi idarəetmə məktəbi”ni, İsmayıllıya rəhbərliyə gəldikdən sonra “Heydər Əliyev İidarəetmə Məktəbi”ni yaradan RİH-nin başçısı Mirdaməd Sadıqov təcrübəli partiya üzvü kimi hakim partiya ilə icra orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində birgə fəaliyyətinin səmərəli təşkilinə dair məsləhətlərini verib.
İlqar Əhmədli

Şərh Yaz