Sevdiyimiz, gəlişinə sevindiyimiz bahar

Yaz yetirdi yenə özünü elimizə, obamıza. Yenə uzaq ellərdən uçub gələn durna qatarlarının səsi bürüdü Vətənimizin səmasını. Gömgöy xalıya bürünməyə başladı yerimiz, yurdumuz. Səmənilər günəşə sarı boylandı pəncərələrdə. Səməninin ruha qida olan göylüyündən dirilik yağdı ətrafa. Г‡aylar coşdu, bulaqlar daha cazibədar səslə şırıldadı.
Sevdiyimiz, gəlişinə sevindiyimiz bahar
Sevdiyimiz, gəlişinə sevindiyimiz bahar
Sevdiyimiz, gəlişinə sevindiyimiz bahar
Torpaq da oyanar, göylər də, duyğulu adamlar da yazın gəlişindən. Subaylar sevdalı-sevdalı baxışar, yaşlı nənə və babalarımız yaşanmış günləri yarpaq-yarpaq çevirib olmuşları, keçmişləri yada salırlar. Hazırlıq görülər il boyu arzulanan, gözlənən Novruz bayramına. El aşıqları sazını sinəsinə basıb yazın min bir gözəlliyini öyər. Uşaqların biri-birindən maraqlı oyunları başlayar, yumurta döyüşərlər çərşənbələr boyu. İgidlər, ərənlər at çapar, qurşaq tutar. Qızlar, gəlinlər bulağa, suya gedər, qulaq falına çıxar çərşənbələrdə. Hamı istəyər ki, xoş danışsın, xoş sözlər eşitsin. Küsülülər barışar gələn bayramın xətrinə.
Bu adətlər, bu ənənələr neçə-neçə yüzilliklərdir ki, əslimizi, nəslimizi müşaiət etməkdədir.
Budur, ildən-ilə gözəlləşən yurdumuza –“ Azərbaycanın mirvarisi olan İsmayıllımıza 2017-ci ilin baharı gəlir. Sevdiyimiz, gəlişinə sevindiyimiz bahar.
Gələn baharın sevincinə tükənməzlik, gətirdiyi ruzi-bərəkətə bolluq diləyirik.
Yazın ilk günündən sonrakı dörd gün sınaqlı olur. Birinci gün yazdandır deyirlər. Ertəsi yaydan, sonrakı payızdan, daha sonrakı qışdan. Bu günlərin soyuğuyla, istisiylə, yağışıyla, yağmuruyla qarşıdakı il sınanar…
Qarşıdan gələn iliniz yaz təravətli, yay hərarətli, payız bərəkətli, qış şəfqətli olsun, əziz yurddaşlar!
Ş.Dağlaroğlu

Şərh Yaz