RİH başçısı yanında növbəti Şura iclası keçirilib

31 yanvar 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında nöbəti Şura iclası keçirilib. RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərlərinin, İsmayıllı Regional “Bilik Evi” və Multikulturalizim Mərkəzinin əməkdaşlarının iştirak etdiyi iclasda günün aktual məsələləri müzakirəyə çıxarılıb, görülmüş işlər və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
RİH başçısı yanında növbəti Şura iclası keçirilib   İnzibati ərazi dairələrində keçirilmiş hesabat yığıncaqlarının yekunları barədə”, “2016-ci ilin yekunlarına görə vətəndaşlardan daxil olmuş müraciətlərə baxılmasının vəziyyəti və qarşıda duran vəzifələr”, “Multikulturalizim ili ilə əlaqədar il ərzində həyata keçirilən tədbirlərin nəticəsi və multikulturalizm siyasətinin davamı ilə bağlı görüləcək işlər və qarşıda duran vəzifələr haqqında” məsələlər müzakirə edilib.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans, ölkə rəhbərinin verdiyi tövsiyə və tapşırıqlar barədə Şura üzvlərinə ətraflı məlumat verilib və rayonun gələcək inkişafının istiqamətləri
müəyyənləşdirilib.
Namiq Kərimov

Şərh Yaz