“Qarabağ” yaşayış massivində köçkünlərlə görüş

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov vaxtilə məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün dövlət tərəfindən şəhərdə salınmış, sakinlərin istəyi ilə “Qarabağ” adlandırılmış yeni yaşayış massivində də tez-tez olur, onların sosial həyatında yaranan hər bir problemin həlli üçün tədbirlər görür.“Qarabağ” yaşayış massivində köçkünlərlə görüş
Fevral ayının 15-də Mirdaməd müəllimi və onunla birgə görüş-qəbula gələnləri məcburi köçkünlər səmimiyyətlə qarşılayıblar. Görüş-qəbul buradakı məktəbin foyesində keçirilib.
RİH-nin başçısı Mirdaməd Sadıqov məcburi köçkünlərə dövlət qayğısından, yeni iş yerlərinə məcburi köçkünlərin cəlbindən, yerli imkanlar hesabına onların bir sıra problemlərinin həllindən danışıb.
Məcburi köçkün Asif İbrahimov qəsəbədə mərasim evi tikilməsinə yardımçı olmağı, Tahir Əliyev ATS üçün bir otaq tikilməsini, məktəb direktoru Zahid Namazov şəhərarası avtobus marşrutunda intensivliyin artırılmasını, “Kökəltmə birliyi” ərazisində müvəqqəti məskunlaşmış Qarabağ müharibəsi əlili Mahir Vəliyev onun üçün fərdi ev tikilməsini xahiş edib.
Bütün təklif və xahişlərə həssaslıqla yanaşan M.Sadıqov hər bir məsələ ilə əlaqədar aid struktur rəhbərlərinə konkret tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz