Vacib hazırlıq işləri görülüb

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi üçün bütün vacib hazırlıq işləri görülüb. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı rayon əhalisinin 2017-ci il fevral ayının 15-dən may ayının ikisinədək tibbi müayinədən keçirilməsi, dispanserizasiyanın təşkili məqsədilə öz sədrliyi ilə komissiya yaradıb.
Vacib hazırlıq işləri görülüb    Sərəncama uyğun olaraq 16 yerdə tibbi müayinənin keçirilməsi və hər bir yer üçün işçi qrupu yaradılması qərara alınıb.
Sərəncamın icrası ilə əlaqədar komissiya üzvlərinin və işçi qrup sədrlərinin iştirakı ilə rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Tibbi müayinənin mütəşəkkil təşkili üçün ehtiyac olan bütün məsələlər nəzərdən keçirilib, hər kəsin görəcəyi iş ünvanına çatdırılıb.
Müşavirədə eyni zamanda İsmayıllı şəhərinin, digər yaşayış məntəqələrinin sanitariya-gigiyena və epidemioloji vəziyyəti barədə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərovun, Kommunal Müəssisələri Kombinatının direktoru Vidadi Məmmədovun, Rayon Baytarlıq idarəsinin rəisi Barat Şahalıyevin hesabatları dinlənilib.
Mövcud durumu daha da yaxşılaşdırmaq üçün tədbirlər müəyyənləşdirilib.
N. Kərimov

Şərh Yaz