Kənd təsərrüfatı sahəsində maarifləndirmə

“Gənc Mühasiblər” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Gənclərin kənd təsərrüfatının inkişafına maraqlarının artırılması” adlı layihənin icrasını İsmayıllıda davam etdirib.
Kənd təsərrüfatı sahəsində maarifləndirmə
Layihənin məqsədi heyvandarlıq sahəsinə meyilli gənclərin kənd təsərrüfatına marağını artırmaq və bu sahədə üzləşdikləri problemlərin həllinə dəstək verməkdir.
Layihə çərçivəsində İsmayıllıda keçirilən təlimlərdə müxtəlif peşə sahələrində çalışan və təhsil alan gənclər iştirak edib.
Təlimlər kənd təsərrüfatı sahəsində biznes fəaliyyətinə başlamağın hüquqi əsasları və qaydaları, biznes planların tərtibi, bələdiyyələrlə, banklarla əlaqə və kreditləşmə, mühasibat uçotu, MMC-lərin təsis və idarə olunması, satış və reklam, KSM və s. mövzuları əhatə edib. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Məlumat üçün bildirək ki, bu cür təlimlər daha əvvəl Bakı şəhəri və Xaçmaz rayonunda keçirilib. Layihənin yekununda cəmlənmiş fikir və mülahizələrdən daha çox gəncin faydalanması üçün xüsusi video-çarx hazırlanacaqdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz