Qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəyik

Yanvar ayının 27-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əhmədov nümayəndəlikdə 2016-cı ildə görülən işlər barədə hesabat verib.
Hesabat yığıncağında şəhər sakinləri ilə bərabər İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayon prokuroru Ülvi Abbasov, Dövlət Təhlükəsizlik Xidməti İsmayıllı rayon şöbəsinin rəisi Fəxrəddin Babayev də iştirak edib.
Qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəyik
Qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəyik
M.Əhmədov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük dəyər verdikləri, qayğı göstərdikləri İsmayıllı bir neçə ildir ki, əsil yüksəliş dövrünü yaşayır.
Prezident İlham Əliyevin son 4 ildə rayonumuza 3 dəfə səfər etməsi, görülən işlərdən razı qalması, yeni inkişaf istiqamətləri üçün maliyyə imkanları yaratması bölgənin əhalisini növbəti vəzifələrin icrasına səfərbər edib.
Bu gün biz aparılmış tikinti-quruculuq, abadlıq işlərindən danışmaqla gələcək vəzifələrimizi də müəyyənləşdiririk.
İsmayıllı şəhərinin ərazisi 4424 hektar, təsərrüfatların sayı 8110, evlərin sayı 6780, əhalisi 25387 nəfərdir. 2016-cı ildə şəhərdə 694 doğum, 215 ölüm, 269 nikah, 86 boşanma qeydə alınıb.
Hesabat ilində ərazidə 1650 hektarda payızlıq səpin aparılıb, 5960 ton məhsul istehsal olunub. Bu da əvvəlki illə müqaisədə xeyli çoxdur.
Dənli bitkilərin əkilməsinə görə dövlət tərəfindən 1044 nəfərə 103 min 224 manat yardım verilib. 1624 ton kartof, 2063 ton tərəvəz, 2014 ton meyvə istehsal olunub. 126 kiloqram barama təhvil verilib. 20 hektardan çox sahədə fındıq bağı salınıb və bu işlər davam etdirilir.
Şəhərdəki təsərrüfatlarda 2016-cı ilin sonunda 3766 baş iri, 2689 baş xırda buynuzlu heyvan, 300 arı ailəsi qeydə alınıb.
Şəhər ərazisində 206 ailədə 786 nəfər məcburi köçkün, 2 nəfər Böyük Vətən müharibəsi iştirakçısı, 108 nəfər Qarabağ müharibəsi əlili, 135 Qarabağ müharibəsi iştirakçısı, 40 şəhid ailəsi, 11 Г‡ernobl əlili yaşayır. Bu ailələrə xüsusi diqqətlə yanaşılır.
Nümayəndəliyinin 2016-cı ildə illik büdcəsi 1 milyon 150 min manat olub. Həmin vəsaitin 1 milyon 135 min manatı xərclənib, 15 min 180 manat vəsait müxtəlif səbəblərdən xərclənməmiş qalıb.
Aparatın saxlanmasına 40243, uşaq bağçası-körpələr evlərinə 229 min 39, Mənzil İstismar Sahəsinə 133 min 234, Kommunal Müəssisələri Kombinatına 680 min 287, küçə işıqlandırılmasına 34 min 767, smart tipli sayğacların alınmasına 3872, işıq dirəklərinin quraşdırılmasına 7000, işıq təsərrüfatının saxlanmasına 39 min 114 manat xərclənib.
İl ərzində şəhər nümayəndəliyinə görülən işlərə hesabat məruzəsində yer ayıran M.Əhmədov ayrı-ayrı sahələr üzrə əldə olunmuş uğurlardan söz açıb. Əhaliyə göstərilən xidmətin əvvəlki illərlə müqayisədə dəfələrlə yüksəldiyini bildirib. O, təhsil, səhiyyə, mədəniyyət, abadlıq, təmizlik, yaşıllaşdırma, sosial infrastruktur və digər sahələrdə əldə olunan nailiyyətlərə diqqət çəkərək, fəaliyyət zamanı insan amilinin bütün hallarda öndə olduğunu bildirib.
2016-cı ildə də yetişən nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, gənclərin asudə vaxtının səmərəli təşkilinə yüksək səviyyədə diqqət yetirilib. 142 nəfər hərbi xidmətə yola salınıb, 113 nəfər isə hərbi xidməti başa vurduqdan sonra doğma rayona qayıdıb. Nümayəndəlik gənclərin hərbi xidmətə yola salınması tədbirlərində iştirak edib.
Hesabat dövründə şəhər ərazisində “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun pozulması hallarına yol verilməyib. İctimai-siyasi tədbirlər, dövlət və dini bayramlar, ideya-siyasi tərbiyəyə xidmət edən çoxsaylı görüşlər keçirilib. Bu tədbirlərin təşkilində şəhər nümayəndəliyı də iştirak edib.
Şəhərdə ictimai asayişin qorunması üçün hüquq-mühafizə orqanları və bələdiyyə ilə birgə iş aparılıb. Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında bir sıra profilaktiki tədbirlər həyata keçirilib.
Yekunda qeyd olunub ki, rifahımızın yaxşılaşdırılması, şəhərimizin sosial-iqtisadi inkişafının sürətlənməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və rayon rəhbərliyinin tükənməz qayğısının nəticəsidir. Düzgün və məqsədyönlü rəhbərliyə əmin olmaqla inanırıq ki, 2017-ci ildə daha səmərəli işləyəcək, qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəyik.
Məruzə ətrafında çıxışlarda nümayəndəliyin 2016-cı ildə gördüyü işlər qənaətbəxş hesab edilib.
Şahməmməd Soltanov

Şərh Yaz