Kompozisiya “Azadlıq” adlandırılıb

Basqal qəsəbə tam orta məktəbində 20 Yanvar – Hüzn günü ilə əlaqədar keçirilən matəm kompozisiyası “Azadlıq” adlandırılıb.
Tədbirdə respublikamızı Xarkov diasporunda təmsil edən həmyerlimiz Kifayət Cəfərova, İsmayıllı RİH başçısının Basqal qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov, Basqal bələdiyyəsinin sədri Rəşad Nağıyev, Basqal dini icmasının rəhbəri Fariz Mövlamov, məktəbin direktoru Ağasəfər Qafarov başda olmaqla müəllim və şagird kollektivi iştirak edib.
Kompozisiya “Azadlıq” adlandırılıb
Tədbirdə faciənin tarixini xatırladan çıxışlar edilib, o qanlı və şanlı tarix bir daha yaddaşlara köçürülüb, şəhidlər yad olunub.
Sonda vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhid Rəmzi Novruzovun və vətənin müdafiəsi zamanı həlak olmuş həmyerlilərimizin məzarı önünə gül dəstələri qoyulub. Əbədiyaşar şəhidlərimizin ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, Vətən bölünməz!
Yeganə Ağayeva,
məktəbin müəllimi

Şərh Yaz