Şəhid ailəsi ziyarət olunub

Ökəmizin hər yerində, rayonumuzun bütün müəssisə və təşkilatlarında olduğu kimi, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Qurbanəfəndi kənd inzibati ərazi dairəsində də xalqımızın qan yaddaşı, tariximizin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.[thumb=left]http://ismayilli-xeberleri.info/uploads/posts/2017-01/1485805273_22x.jpg[/thumbl]
Anım tədbirində kəndin ağsaqqalları, ziyalılar, ərazidə fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.
Tədbirdən sonra bir qrup sakin şəhid ailəsinin evinə gedib. Ailəyə Allahdan səbir diləyən ziyarətçilər şəhidlərin ruhuna dualar oxuyublar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz