Nağıl gecəsi təşkil edildi

2016-cı il dekabr ayının 24-də İsmayıllı rayon MKS-nin Uşaq şöbəsinin “Nağıl otağı”nda 5 yaşlılar üçün nağıl gecəsi təşkil edildi. Gecənin təşkilatşısı L.Məmmədova idi. O, kitabxanaya yeni daxil olmuş “Sehirli nağıllar” kitabından bir neçə nağılın oxusunu təşkil etdi. Nağıl gecəsi təşkil edildiNağıllar oxucular tərəfindən çox maraqla qarşılandı. Gecənin sonunda nağıllar ətrafında suallar verildi, cavablar dinlənildi. Sonda valideynlər belə gecələrin təşkilinə görə kitabxana rəhbərliyinə təşəkkürlərini bildirdilər və gecələrin tez-tez keçirilməsini xahiş etdilər.
Rəna Süleymanova

Şərh Yaz