İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!
Müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə əlaqədar İsmayıllıya səfər etmişdim. Ailə üzvülərimdən və qohumlarımdan da imtahana gələn vardı. Məqsədim imtahanın nəticələri barədə fikir söyləmək deyil. Onu diqqətinizə çatdırmaq istəyir və təşəkkür edirəm ki, rəhbərlik etdiyiniz rayonun bütün aid strukturları imtahanlara hazırlıqla əlaqədar öz vəzifələrini yüksək səviyyədə həyara keçirdilər.  İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova
Həkimlər, rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin, İsmayıllı bələdiyyəsinin, Gənclər və İdman İdarəsinin, İsmayıllı Olimpiya-İdman Kompleksinin əməkdaşları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər.
Diaqnostik qiymətləndirmənin mütəşəkkil, tələblərə və qaydalara uyğun keçirilməsi üçün Rayon Təhsil Şöbəsinin xüsusilə yüksək təşkilatçılıq işi apardığının şahidi olduq.
Müəllimlərin diaqnostik qiymətləndirmə imtahanlarına hazırlıq və onun keçirilməsində fəal iştirakı olan bütün təşkilatlara bir qonşu kimi səmimi təşəkkürümü bildirirəm. Г‡ox sağ olun ki, rayonda belə bir şərait, belə bir komanda yaratmısınız.
İsmayıllı 2015-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçiləndə Sizin tapşırığınızla bayram təntənəsinə dəvət olunmuşduq. Orada bizə qarşı göstərdiyiniz səmimiyyət, diqqət və qayğı yaddaşımızda yaşamaqdadır. Gənclərin təşkilatlanması, məşğulluğunun artırılması, fasiləsiz təhsilinin stimullaşdırılması, intellektual səviyyəsinin yüksəldilməsi üçün həyata keçirdiyiniz tədbirlər, idmançıların və gənclərin hər bir uğurunun bu və ya digər formada təqdir etməyiniz də qonşularınıza yaxşı bəllidir.
Mən yaxşılığı, yaxşı əməlləri yaxşı görüb, yaxşı da qiymətləndirməyi bacarıram. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı, hərtərəfli həyati dəstəyi nəticəsində bu yaxşılıqlar Şamaxıda da çoxdur, İsmayıllıda da. Bundan sonra daha çox olacaqdır.
Hörmət və ehtiramla:
Şahmar Hüseynov,
Şamaxı Rayon Gənclər və İdman İdarəsinin rəisi

Şərh Yaz