Yaxşı yaşamaq üçün yaxşı işləmək vacib şərtdir

İsmayıllı rayonunun ən iri kəndlərindən biri, məsafəcə rayon mərkəzinə ən yaxın olanı Talıstandır. 537 evdə 2439 nəfər sakini olan kənd 754 təsərrüfatdan ibarətdir. Kənd tam orta məktəbində 345 nəfər şagird təhsil alır. Burada tibb məntəqəsi, uşaq bağçası, poçt məntəqəsi, kitabxana və yaradıcılıq mərkəzi əhaliyə xidmət göstərir. Əhalinin əsas məşğuliyyəti maldarlıq və taxılçılıqdır.Yaxşı yaşamaq üçün yaxşı işləmək vacib şərtdir
Yaxşı yaşamaq üçün yaxşı işləmək vacib şərtdir
Sakinlərlə məktəbin foyesində görüşən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov respublikada, eləcə də İsmayıllıda son illərdə aparılan tikinti-abadlıq işlərindən söz açıb. Başçı yaxşı yaşamaq üçün yaxşı işləməyin vacib şərt olduğunu açıqlayıb. Kənd sakinlərini, xüsusilə gəncləri, torpağa bağlanmağa, zəhmətsevərliyə dəvət edib. M.Sadıqov yetişən nəslin daha savadlı olması üçün müəllimlərin, valideynlərin üzərinə düşən vəzifələrdən danışıb. O bildirib ki, savadlanmadan, müasir texniki imkanlara yiyələnmədən böyük uğurların əldə olunması mümkünsüzdür. Odur ki, uşaqlar yaxşı təhsil almalı, həyata daha açıq gözlə baxmağa, Vətəni, torpağı əsl vətəndaş kimi sevməyə, qorumağa çalışmalıdırlar.
RİH başçısı M.Sadıqov kəndin infrastrukturu ilə tanış olduğunu bildirib. Bununla bərabər, sakinlərin istək və arzularını, təkliflərini dinləmək məqsədi ilə görüşə gələnlərə müraciət edib.
Г‡ıxışlardan bəlli olub ki, kənddə yaradıcılıq evinin, tibb məntəqəsinin yeni binasının tikilməsinə, kənddaxili yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, kənddəki idarə və müəssisələrə qaz yanacağının verilməsinə, kəndin içindən keçən çay yatağının təmizlənməsinə ehtiyac vardır.
Bundan əlavə sakinlər “Г‡eyil” adlanan ərazidə kənd sakinlərinə düşən pay torpaqlarının yağıntı sularından “xilas”ı üçün arx və kanalların bərpasını, kəndin digər məhəllələrinin də su-kanalizasiya sisteminə qoşulmasını (kəndin rayonla bitişik hissəsi bu sistemə qoşulub) xahiş ediblər.
Mövcud problemlərin aradan qaldırılması üçün RİH başçısı xidmət təşkilatlarına müvafiq tapşırıq və göstərişlər verib.
Ş.Soltanov

Şərh Yaz