Lamiyə İsazadə millət vəkili Musa Uruda təşəkkür etdi

Bir neçə gün öncə bir valideyn mənə müraciət edərək 6 aylıq körpəsinin böyrəyində problem olduğunu və əməliyyat olunmazsa körpəsi həyatını itirəcəyini bildirdi. Mən bu xəbərdən çox sarsıldım və təlaşlandım.
Lamiyə İsazadə millət vəkili Musa Uruda təşəkkür etdi
Mövzu bir körpənin həyatıdırsa, mən buna etinasız yanaşa bilməzdim. Bir valideynin son ümid yeri mənəmsə mütləq ki, mən onun üçün nə isə etməliydim. Və şəxsən dəyərli millət vəkilimiz Musa Uruda müraciət elədim. Г‡ox sağ olsun deputatımız bu işə çox həssaslıqla, ciddi yanaşdı. Bir gün içində məsələni həll edərək, Səhiyyə Nazirliyini bu məsələyə cəlb etdi. Uşaq artıq Respublika Uroloji Xəstəxanası həkimlərinin nəzarəti altındadır. Г‡ox yaxın zamanda əməliyyata alınacaq. Musa müəllimə, bu humanist addımına görə uşağın ailəsi və öz adımdan dərin minnətdarlığımızı bildiririk.
Lamiyə İsazadə Şair-Publisist,
QHT rəhbəri

Şərh Yaz