Səyyar görüş-qəbul keçirilib

8 iyul 2016-cı il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Aşıqbayramlı kəndində səyyar görüş-qəbulu keçirilib. Görüşdə Aşıqbayramlı, Talış və Qarakolluq kəndlərinin sakinləri, RİH başçısı ilə yanaşı RİH-nin məsul işçiləri, aidiyyəti idarə və müəssisə rəhbərləri iştirak ediblər
Səyyar görüş-qəbul keçirilib
Görüş zamanı Aşıqbayramlı İƏD üzrə nümayəndəliyə daxil olan kəndlərin problemləri ilə tanış olduğunu bildirən M.Sadıqov vətəndaşların şəxsi problemlərini dinləyib. Qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti idarələrin rəhbərlərinə və cavabdeh şəxslərə tapşırıq və tövsiyələrini verib.

**
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov iyul ayının 12-də Keyvəndi kəndinin sakinləri ilə görüşüb.
Keyvəndi kəndinin əhalisi 196 nəfərdir. Kənd 66 ev, 52 təsərrüfatdan ibarətdir. Kəndin orta məktəbində 45 şagird təhsil alır. Kənddə ATS, poçt və tibb məntəqəsi fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Rəqəmlərdən aydın görünür ki, kənd o qədər də böyük deyil. Buna baxmayaraq problemlərin mövcudluğu səbəbindən sakinlər kənd yolunun əsaslı təmir olunmasını, içməli su təchizatının yaxşılaşdırılmasını, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini istəyirlər.
Olunan müraciətləri diqqətlə dinləyən RİH başçısı onların həllini cavabdeh xidmət təşkilatları rəhbərlərinin diqqətinə çatdırıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz