Kənd yaşıl turizminə dəstək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cü il üçün elan etdiyi müsabiqədə qalib gəlmiş “Kənd yaşıl turizmin inkişafına dəstək” İctimai Birliyi “Kiçik sahibkarlığın inkişafı məqsədi ilə kənd qonaq evlərində turist xidmətlərinin göstərilməsi qaydaları üzrə maarifləndirmə işlərinin aparılması və metodik vəsaitin çapı” layihəsinin icrası ilə bağlı İsmayıllı rayonunda təlim keçirilib. Təlim 12-13 iyul tarixlərində İsmayıllı rayonunun “Г‡iraqban” istirahət mərkəzində baş tutub.
Kənd yaşıl turizminə dəstək
Təlimin məqəsdi – evlərində turistləri qəbul edib yerləşdirən kənd sakinlərinə turist-ekskursiya xidmətlərinin göstərilməsi işinin daha keyfiyyəti yollarını izah etmək, turistlərin cəlb olunması inmkanlarını açıqlamaqdan ibarət olub.
İki gün davam edən təlimlərdə rayonun Cülyan, Talıstan, Təzəkənd, İstisu, Sumağallı, Buynuz, Topçu və Xanagah kəndləri, eləcə də Lahıc və Basqal qəsəbələrindən nümayəndələr iştirak ediblər. Onlar kənd yerlərinə turistlərin cəlb olunması üçün zəruri olan ehtiyacların ödənilməsinin vacibliyindən danışıblar.
Təlim zamanı bu turizm növünün rayon iqtisadiyyatına təsiri, İsmayıllı rayonunun tanınmasında və ümumiyyətlə ölkə miqyasında rolu açıqlanıb. İştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.
Radə Ağayeva

Şərh Yaz