İsmayıllıda ictimai dinləmələr keçirilib

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən İsmayıllı rayonunda növbəti ictimai dinləmələr keçirib. İctimai dinləmələrdə hüquq-mühafizə və ədliyyə orqanlarının, dövlət və icra qurumlarının, milli azlıqların, etnik qurupların, geniş ictimayətin, KİV-in təmsilçiləri, fəal qadınlar və gənclər iştirak edibər.
İlk növbədə İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
İsmayıllıda ictimai dinləmələr keçirilib
RİH-nin başçısı M.Sadıqov Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş nitqi ilə açıb və qeyd edib ki, Milli Fəaliyyət Proqramı və onunla əlaqədar keçirilən ictimai dinləmələr hüquqi maarifləndirmədə, insanların öz hüquq və vəzifələrini dərk etməsində, sosial mühitin saflaşdırılmasında, qüvvələrin vəhdət halında bölgələrin və ölkənin inkişafına yönəldilməsində əhəmiyyətli rol oynayır. Bu əhəmiyyəti, ictimai dinləmələrin İsmayıllıya gətirdiyi yüksək nəticələri, insan hüquq və azadlığının qorunması sahəsində dövlətimizin Ombudsman təsisatının həyata keçirdiyi tədbirlərin sosial mühitin saflaşdırılmasındakı əvəzsiz rolunu rayonumuzun timsalında daha aydın görürük. Bu mənada ki, 2013-cü il yanvar ayının 23-də məmur özbaşınalığına qarşı qanunsuz yolla etiraz edilmişdi.
Dövlət rəhbərinin gördüyü qayğılı tədbirlər, Ombudsmanın, hüquq-mühafizə orqanlarının hadisələrə ədalətli yanaşması nəticəsində məsələ öz qanuni həllini tapdı.
İsmayıllıda ictimai dinləmələr keçirilib
Rayon İcra Hakimiyyəti olaraq biz ilk növbədə çalışdıq ki, prezident İlham Əliyevin xalqın xidmətçisi olmaq tapşırığını məsuliyyətlə yerinə yetirək, insanların əmək hüququnu layiqincə təmin edək. Hər bir evə işləyib qazanc gətirən olsun. Bunun üçün yeni-yeni layihələr hazırlandı, həyata keçirilməsi nəticəsində çoxsaylı daimi iş yerləri açıldı. 2013-cü ilin aprel ayında keçirilən əmək yarmarkasına 417 iş yeri çıxarılmışdı. 200 nəfərə yaxın iş axtaran təklif olunan iş yerlərinə göndəriş aldı. Sonrakı əmək yarmarkalarında da bu tendensiya davam etdirildi.
Şəhərin abadlaşdırılmasına, küçələrin asfaltlaşdırılmasına, 5 və 7 mərtəbəli yaşayış binalarının tikilməsinə, kəndlərə qaz çəkilişinə, “Yaşıl bazar”ın, Keyvəndi kəndində 1500 başlıq heyvandarlıq kompleksinin, İsmayıllı SES-1 və SES-2-nin, velosiped zavodunun, 140 yerlik uşaq bağçasının tikintisinə və digər çoxsaylı obyektlərin inşasına, yeni açılmış Dövlət Humanitar və Texnologiya Kollecinə, müasirliyi ilə seçilən Peşə Tədris Mərkəzinə işçilər cəlb olunub. İnsanlar iş yeri tapdıqca daha yaxşı yaşamağa başlayır, cəmiyyətdə üzərlərinə düşən vəzifələri daha yaxşı dəyərləndirə bilirlər. Hər bir sakinin söz və fikir azadlığı bizim üçün çox önəmlidir. Bu baxımdan layihələri icradan əvvəl ictimayətin müzakirəsinə çıxarır, səmərəli təklifləri nəzərə alırıq. İdarəetməyə əhalinin cəlbinin bir yolu da ictimai nəzarət qrupunun təşkilidir. Tikinti, abadlıq, quruculuq və yol infrasturukturunun yaxşılaşdırılması üçün ayrılan vəsait də ictimai qrupun təklif etdiyi istiqamətlərdə icraya yönəldilir.
Bu gün biz bir daha əminliklə deyə bilərik ki, İsmayıllıda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində problemli vəziyyət yoxdur.
İsmayıllıda ictimai dinləmələr keçirilib
İnsan Hüquqları üzrə müvəkkil E.Süleymanova məruzəsidə ilk olaraq onu qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili “Multikultiralizm ili” elan edib. Azərbaycan dünya miqyasında artıq multikulturalizm və tolerantlıq modeli kimi qəbul olunur. İsmayıllı rayonu da multikultural dəyərlərinə, müxtəlif dinə, dilə, millətə və milli azlıqlara mənsub bir bölgə kimi model səviyyəsindədir. Dövlət siyasətinin bir istiqamətinə çevrilmiş multikultuiralizm siyasəti rayonda yüksək səviyyədə həyata keçirilir. Г‡ox sevinirəm ki, azsaylı, çoxsaylı olmasından asılı olmayaraq xalqların nümayəndələri öz mədəniyyəti, dili, tarixi və müasirliyi ilə birgə qardaşlıq şəraitində burada yaşayır. Rayon İcra Hakimiyyəti rəhbərliyinin idialoji fəaliyyətində, multikulturalizim və tolerantlıq siyasətində bu prinsiplərə əsaslanması yüksək nəticələri ortaya çıxarır.
Ombudsman daha sonra dünyada baş verən iqtisadi, siyasi, sosial böhranlara baxmayaraq Azərbaycanın inkişafın sürətini azaltmadığını dedi. Qeyd etdi ki, neft erasının başa çatması ilə əlaqədar başqa sahələrin, xüsusilə kənd təsərüfatının inkişafına daha diqqətlə yanaşılır. Bir çox unudulmuş istehsal sahələri bərpa olunur.
Sosial- iqtisadi inkişafla yanaşı ordumuz da güclənir, beynəlxalq miqyasda ölkəmizin söz sahibi olması üçün əsl mənada qüdrətlənir. 2-5 apreldə ilkin qələbə bütün xalqımızı ayağa qaldırdı.
Müvəkkil əvvəllər kimin necə işləməyindən danışmayıb, rayonun bugününə yüksək qiymət verdi. Qeyd etdi ki, təkcə rayon mərkəzində yox, qəsəbə və kəndlərdə də abadlıq-quruculuq işləri gedir. Yeni-yeni iş yerləri, istehsal sahələri açılır. Xüsusilə qadınlar üçün iş yerlərinin, İsmayıllı Tikiş Fabrikinin yerlərdə sexlərinin açılması təqdir olunan hallardandır.
Elmira Süleymanova Milli Fəaliyyət Proqramının bütün istiqamətləri sahəsində respublikada görülən işlərdən, aid dövlət təşkilatlarının, hüquq-mühafizə, ədliyyə orqanlarının, QHT-lərin, təhsil, səhiyyə, mədəniyyət və icra sisteminin gördüyü işlərdən ətraflı bəhs etdi.
Rayon Məhkəməsinin hakimi Azad Əliyevin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın, Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi Sevda Qasımovanın və başqalarının təklif və tövsiyələrlə zəngin çıxışları dinlənilib.
Müvəkkil rayon rəhbərliyinin və aid qurumların rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib, onları dinləyərək səlahiyyəti daxilində tədbir görülüləcəyini bildirib.
Ombudsman Rayon Polis Şöbəsində, Rayon Mərkəzi Xəstəxanasında, Uşaq kitabxanasında olub, məsləhət və tövsiyələrini verib.
İctimai dinləmələr və səfər çərçivəsində keçirilən görüşlər rayonun gələcək inkişafı üçün yeni stimul olub.
Valeh Salehov
Dövlət qulluğu veteranı

Şərh Yaz